Şənbə , Aprel 20 2024
Ana səhifə / Köşə Yazarları / Zərdabinin qızının qəbri ilə bağlı Mətbuat Şurasından – AÇIQLAMA

Zərdabinin qızının qəbri ilə bağlı Mətbuat Şurasından – AÇIQLAMA

“Gələn həftənin üçüncü günü Əflatun müəllim Bakıda olacaq. Qəbri tapan Xatirə xanımı şura sədri ilə görüşdürmək lazımdır. Birgə fikir mübadiləsi apardıqdan sonra Qərib xanımın qəbrinin düzəldilməsi ilə yollar axtarılmalıdır”.

Bunu hafta.az-a açıqlamasında Mətbuat şurasının icraçı katibi Rəhim Hüseynzadə deyib. İcraçı katib bildirib ki, hazırda şura sədri Bakıda yoxur. Buan görə də konkret hansısa fikir söyləmək çətindir:

“Bəri başdan heç nə deyə bilmərik. Biz də istiyərik ki, mətbuatımızın banisinin qızının qəbri baxımsız vəziyyətdə olmasın”.

Qeyd edək ki, AMEA-nın Fəlsəfə İnsitutunun əməkdaşı Xatirə Quliyeva milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin qızı Qərib Sultanın məzarını bir neçə ay öncə tapıb. O, aidiyyatı qurumlara qəbrin baxımsız vəziyyətdə olması və onun bərpası üçün müraciət edib. Lakin hələ də bununla maraqlanan olmayıb. məsələnin bu günə qədər həlledilməmiş qaldığı bildirilir.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın