Bazar ertəsi , Oktyabr 14 2019
Ana səhifə / Köşə Yazarları / Yeni xəbər saytı açıldı – 7NEWS.az

Yeni xəbər saytı açıldı – 7NEWS.az

7NEWS.az internet xəbər portalı 2014-cü ilin may ayından fəaliyyətə başlayıb və müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur.

7NEWS MMC nəzdində fəaliyyət göstərən www.7NEWS.az saytında Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır. Bundan başqa, internet saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır.
Bu barədə saytımıza layihənin müəllifi, tanınmış QHT sədri, nternet-media ekspert Səbuhi Abbasov məlumat verib: “İnternet qəzet siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayır. Bu media layihəsinin işində redaksiyanın yaradıcı kollektivi ilə yanaşı oxucular da aktiv iştirak edə bilərlər. Redaksiyada və internet saytda «qaynar-xətt» fəaliyyət göstərir ki, oxucuların qarşılaşdıqları hadisələrlə bağlı redaksiyamıza operativ məlumat vermək imkanları var. 7NEWS.az yaradıcı kollektivi Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, QHT-ləri, hüquq-mühafizə orqanlarını aktiv əməkdaşlığa dəvət edir”

Həmçinin oxuyun

“Bayrağımızı fahişələrə, geylərə geydirib murdarlamaq yox, Dəlidağda ucaltmaq gərəkdir!..”

“Onlardan ötrü fərqi yoxdur;  müştəri yığmaq üçün sabah Rusiya, lap Ermənistan bayrağı da geyinərlər…” Sultan …

Bir cavab yazın