5 il ATV telekanalında yayımlanan “Səni axtarıram” layihəsinin ANS telekanalına keçməsi verilişə marağı artırıb. Çünki 5 il ölkənin ən reytinqli verilişinin doğma kanalını tərk etməsi tamaşaçı itkisi ilə də nəticələnə bilərdi…. Amma bu olmadı-ın əldə etdiyi məlumata görə, Xoşqədəm Hidayətqızının ANS-də yayımlanan “Xoşqədəmlə axtarıram səni” verilişi yenə də ən yüksək reytinq toplayıb. Eyni saatda ATV-də Nanə Ağamalıyevanın təqdimatında yayımlanan “Mənə bir az ondan danış” verilişi rəqabətə davam gətirməyərək 8-ci pillədə qərar tutub.
Maraq üçün qeyd edək ki, uzun illərdir heç bir kanal Xoşqədəm Hidayətqızı ilə reytinq mübarizəsi apara bilmədiyindən həmin saatda veriliş yayımlamayıb