Ana səhifə / Köşə Yazarları / Xarici jurnalistlər Ağdamın cəbhəyanı kəndlərində olublar – MEDİA

Xarici jurnalistlər Ağdamın cəbhəyanı kəndlərində olublar – MEDİA

Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə bir qrup xarici media nümayəndəsi cəbhə bölgəsində olub. “Report” xəbər verir ki, xarici jurnalistlər Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raquf Məmmədova görüşüb.

Daha sonra Azərbaycan hərbçilərinin müşayiəti ilə jurnalistlər cəbhə bölgəsinin ön xəttini müşahidə ediblər. Media nümayəndələri rayonun təmas xəttinə yaxın yerləşən ermənilərin artilleriya zərbələri nəticəsində dağılan evlərə də baxış keçiriblər.

Qeyd edək ki, bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə cəbhə bölgəsində olan qrupa “Al Jazeera International”, “Reuters”, “Associated Press”, “France Presse”, Rusiyadan “Kommersant”, “Komsomolskaya pravda”, “Novoye vremya”, Türkiyədən “Anadolu” Agentliyi, TRT, İran və Çindən olan jurnalistlər və bir sıra başqa ölkələrin media orqanlarının nümayəndələri daxildir. Bu gün həmçinin Türkiyənin TRT telekanalı, Gurcustanın “Rustavi” və “İmedi” kanallarının jurnalistləri cəbhənin Tərtər rayonu istiqamətində də olublar.

Qeyd edək ki, xarici jurnalistlər Füzuli rayonunun cəbhəyanı yaşayış məntəqələrində də olublar.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın