Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Köşə Yazarları / Xanım jurnalist mətbuat xidmətinin rəhbəri oldu – Futbolumuzda bir ilk

Xanım jurnalist mətbuat xidmətinin rəhbəri oldu – Futbolumuzda bir ilk

Topaz Premyer Liqasının debütantı olan “Səbail” klubunda mətbuat xidmətinin yeni rəhbəri müəyyənləşib.

Qol.az-ın xəbərinə görə, bu vəzifəyə uzun müddətdir AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentində baş mütəxəssis işləyən Törə Əhmədova təyinat alıb.

T.Əhmədova “Səbail”də həmin vəzifədə AFFA-dakı həmkarı Firuz Abdullanı əvəzləyib. F.Abdulla klubda Müşahidə Şurasına yeni üzv seçilib.

T.Əhmədova futbol tariximizə düşüb. O, Azərbaycanda futbol klubunda ilk xanım mətbuat katibi olub.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın