Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Köşə Yazarları / Vladimir Solovyov: “Qarabağa dəfələrlə getmişəm, üzr istəməyə və mövqeyimi dəyişməyə hazırlaşmıram”

Vladimir Solovyov: “Qarabağa dəfələrlə getmişəm, üzr istəməyə və mövqeyimi dəyişməyə hazırlaşmıram”

Rusiya teleaparıcısı Vladimir Solovyov Bakıya səfərini, harada ki, onu Azərbaycan prezidenti İlham Əliyev qəbul edib, şərh etməkdə davam edir.

Tvittere-də öz abunəçisinin, Azərbaycanın işğal edilmiş ərazilərinə baş çəkdiyinə görə üzr istəyib-istəməməsi ilə bağlı sualına cavabında Solovyov yazıb: “Mən nə üçün üzr istəməliyəm? Üzr istəməyə hazırlaşmıram. Dəfələrlə baş çəkmişəm. Və öz mövqeyini dəyişdirməyə hazırlaşmıram. O yaxşı məlumdur. Problemin hərbi həlli yoxdur”.

Solovyov bir daha bildirib ki, İlham Əliyevlə görüşdən təfərrüatı ilə çərşənbə axşamı efirdə danışacaq.

“Siz böyük rezonans üçün Bakıya niyə Marqarita Simonyan (Russia Today-ın baş redaktoru – virtualaz.org) və Tiqran Keosayanla (rejissor və televiziya aparıcısı – virtualaz.org) birlikdə getmədiniz” sualına Vladimir Solovyov belə cavab verib: “Mən rezonans üçün getmirdim. Bir neçə saata gedirdim. Ölkənin prezidenti ilə danışıq üçün”.

Qeyd edək ki, V.Solovyov bundan əvvəl verdiyi açıqlamada İlham Əliyevlə Aleksandr Lapşin haqda danışdıqları barədə məlumat vermişdi: “Özü də ancaq Lapşin barədə deyil, efirdə söhbət açdığım başqaları barədə də. Marat Uyeldanov haqqında da söhbət etdik. Özü də ətraflı. Mənim mövqeyimi bilirlər”.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev Ümumrusiya Dövlət Teleradio Şirkətinin teleradio aparıcısı Vladimir Solovyovla aprelin 7-də görüşüb.

Vladimir Solovyov Bakıya ilk dəfə səfər etdiyini bildirərək paytaxtımızda sürətli inkişaf proseslərinin onda böyük təəssürat doğurduğunu və Bakının çox gözəl şəhər olduğunu vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycanda gedən inkişaf prosesləri barədə danışarkən qeyd edib ki, ölkəmiz haqqında reallıqların dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəal işlər görülür. Dövlət başçısı, həmçinin Azərbaycanın tarixi və bugünkü reallıqları barədə söhbət açaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini diqqətə çatdırıb. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan ilə Rusiya arasında bütün digər sahələrdə olduğu kimi, humanitar əlaqələr, o cümlədən media sahəsində də uğurlu əməkdaşlıq həyata keçirilir.

Vladimir Solovyov ətraflı və dolğun informasiyaya görə dövlətimizin başçısına minnətdarlığını bildirib, Azərbaycanda gedən proseslərlə yaxından tanış olmağın onun üçün böyük maraq doğurduğunu qeyd edib.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın