Ana səhifə / Köşə Yazarları / Vaqif Əsədov jurnalistlərin binasından ev almaq istəyir? – Açıqlama

Vaqif Əsədov jurnalistlərin binasından ev almaq istəyir? – Açıqlama

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov jurnalistlər üçün tikilən binadan ev almaq üçün müraciət etməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.

DYP rəsmisi AzVision.az-a açıqlamasında jurnalistlərin binasından ev almaq niyyətində olmadığını deyib.

“Bu məlumatlar cəfəngiyyatdır və heç bir əsası yoxdur. Kimlərsə məqsədli şəkildə belə yalan məlumatlar yaymaqla qalmaqal yaratmaq istəyirlər. Bununla da mənim fəaliyyətimə kölgə salmağa çalışırlar. Yenə də bildirirəm ki, jurnalistlərin binasından ev almaq üçün müraciət etməmişəm. Bu barədə düşünməmişəm”-V.Əsədov deyib.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın