Cümə , Aprel 19 2024
Ana səhifə / Köşə Yazarları / Türk hakerlər Ermənistanın rəsmi saytlarını dağıtdılar

Türk hakerlər Ermənistanın rəsmi saytlarını dağıtdılar

Daha öncə türkmənlərə qarşı hücumlara etiraz olaraq Rusiya saytlarını dağıdan türk haker qrupu “Skorsky”, bu dəfə Azərbaycan əsgərini şəhid edən Ermənistanı hədəfə alıb. 
 
Avropa.info  xəbər verir ki, türk hakerlər  Ermənistanın Birləşmiş Millətlər  Təşkilatı nümayəndəliyinin və Ermənistan təhsil nazirliyinin saytlarını dağıdıblar.
Ermənistan təhsil nazirliyinin saytına  Azərbaycan  və Türkiyənin qardaşlığını  göstərən bir şəkil və Türkiyə prezidenti Ərdoğanla  İstanbulun fatehi  Sultan  Mehmedin şəkilləri yerləşdirilib. Bundan başqa saytda  mehtər marşının çalındığı eşidilərkən, “Türkiyə Azərbaycandır, Azərbaycan Türkiyədir” şuarı da yer alıb.
Hadisə ilə bağlı açıqlama yayımlayan  “Skorsky”  Ermənistanla kiber müharibəni davam etdirəcəyini bildirib:
“Azərbaycanlı  qardaşlarımız bilsin ki, onların hər zaman yanındayıq və olmağa çalışacağıq. Rusiya və Ermənistan ilə kiber müharibəmiz intensiv olaraq davam edəcək”.

 

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın