Cümə , Avqust 6 2021
Ana səhifə / Köşə Yazarları / Toydan 23 gün sonra öldü… – Jurnalist Ceyhun Nağı xatirələrdə

Toydan 23 gün sonra öldü… – Jurnalist Ceyhun Nağı xatirələrdə

Bu gün mərhum jurnalist Ceyhun Nağının vəfat etdiyi gündür. 6 il əvvəl, 2011-ci ilin 10 avqust tarixində 39 yaşında ömrü qırılan  jurnalist  ölümündən bir neçə gün öncə feysbuk səhifəsində “Mən öləndə yağış yernən, buludlar göynən ağlasın. Dirimə ağlayan anam, ölümə eynən ağlasın” deyə paylaşım etmişdi. 
Jurnalitin bu misraları ölümü ilə yandırdığı dostlarını, həmkarlarını daha dəhşətli göynətmişdi, ağrıtmışdı.  Aradan 6 il keçməsinə baxmayaraq bu gün də Ceyhunsuzluq həmin dostları eyni dərəcədə, bəlkə də daha çox yandırır, ağrıdır, göynədir. Hələ də dərdləri təzədir, Ceyhunun yoxluğuna alışa bilmirlər. Zaman onları Ceyhun Nağıdan uzaqlaşdırsa da heç vaxt unutmayacaqları dostuna ruhən daha çox yaxınlaşırlar. Ceyhun Nağının yeri bu gün dostları, həmkarları arasında, onların ürəyində daha çox görünür, sağlığında olduğundan da artıq axtarılır. Sadiq dostları mərhum jurnalisti nəinki özəl günlərdə, az qala hər gün, hər saat yada salırlar, xatirlərini, fotolarını paylaşırlar. Çox heyfslənirlər Ceyhun Nağı kimi dostun, jurnalistin nakam vəfatına.
Həmin dostlarından da biri Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin nəticəsi Rəbiyyə Zərdabidir. Mərhum Ceyhun Nağı ilə çox yaxın dost, sirdaş olan Rəbiyyə Zərdabi dostunun vaxtsız ölümü ilə barışa bilmir.
R.Zərdabinin C.Nağı ilə bağlı xatirələri:
Image result for rəbiyyə Zərdabi
“Ceyhun Nağı haqqında o qədər xatirələrim var ki…hər gün bir adama danışıram bu xatirələri…hər Allahın günü…
Qızım Nərgizin toyu ərəfəsidi. Təlaş icindəyəm. Qonaq cağırıram, heç kim yaddan cıxmasın deyirəm. Birdən Ceyhun gəldi bizə, əlində bağlama. Ev də doludu adamla. “Bu nədi, ay qağa” deyə soruşdum. “Toya təzə geyimlər almışam, bajı” dedi. “Gör nətərdi”. Baxdım, köynək-şalvar almışdı. “Əladı” dedim. “Bu istidə özünü niyə öldürürsən” dedim. “Dəlisən, birinci dəfədi ki, toyda Dayı kimi iştirak edəcəm. Qəşəng görünməliyəm” dedi mənə.
Bilənlər bilir. Nərgizin toyunda Ceyhun bir dəqiqə də oturmadı. Gah qonaq qarşıladı, gah oynadı, gah hər şeyə nəzarət elədi. Toy bitdi, öz ailə adamlarımız qaldı şadlıq evində. Birdən Ceyhun Feruz Səxavətə dedi ki, mənim mahnımı oxu, axırıncı dəfə də oynayım sonra get… Mahnın sözləri belə idi:
Barı yada sal məni, yada sal məni
Şirin xatirələrdə xatırla məni.
Barı boylanaq hərdən, boylanaq hərdən
Kecmiş xatirələrdən xatırla məni…
Və üstündən 23 gün keçdi. Ceyhun öldü…”
***
“Elman Tovuzlu qağamla məni Ceyhun tanış etmişdi. Bilirdi ki Dostsuz qala bilmərik ikimiz də. Onun haqqında söhbət edəcəyimizi bilirdi. Xatirələri bir birimizə danışacağımızı, gah gülüb gah da ağlayacağımızı bilirdi. Dostu Natiq Adilov Ceyhun Nağının ölümünə bir yazı yazmışdı: “Adam da belə tez ölər….Nə pis Adam imişsən sən”. Elman qağam da bu şeri yazmışdı:
“Gurladım yağa bilmədim
Günəştək yaxa bilmədim.
Mən yaxşı baxa bilmədim
Torpaq Ceyhuna yaxşı bax”.
Rahat yat Ceyhun…Hələ yadımızdan cıxmamısansa, deməıi sağsan. Cox Ölülər var bizə yaxındır, cox dirilər var bizə uzaqdır…”. (Moderator.az)

Həmçinin oxuyun

Maynşteyndən dəmir yumruğa – Esse

Mart min doqquz yüz qırx. Bir konfransda söz alan Uinston Çörçill: – Qüdrətli Fransız ordusu üçün Tanrıya şükür edirəm… Çörçil …

Bir cavab yazın