Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Köşə Yazarları / Telejurnalist Azərbaycanda erməni kəşfiyyatçısından kino çəkmək istədi – MTN işə qarışdı

Telejurnalist Azərbaycanda erməni kəşfiyyatçısından kino çəkmək istədi – MTN işə qarışdı

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi Bakıda erməni kəşfiyyatçısı haqda film çəkilişdən bəhs edən və haqqin.az saytında dərc edilmiş xəbərə operativ reaksiya verib.
Nazirlik bildirib ki, Rusiyanın “Rossiya-1” telekanalının sifarişi ilə sovet kəşfiyyatçısı Gevork Vartanyanın fəaliyyətindən bəhs edən “Lend-Liz” filminin Azərbaycan ərazisində çəkilişlərinə rəsmi icazə verilməyib.
Gevork Vartanyan 1943-cü ildə İranda alman casuslarına qarşı fəaliyyət göstərib və SSRİ, Böyük Britaniya və ABŞ liderlərinə sui-qəsdin qarşısını alıb. O, “Amir” ləqəbi ilə fəaliyyət göstərib.
Mövcud qaydalara əsasən Azərbaycan ərazisində film çəkilişləri aparmaq üçün xarici çəkiliş qrupu Mədəniyyət və Turizim Nazirliyinə müraciət etməlidir. Əgər filmin ssenarisi milli qanunvericiliyə və ənənələrə zidd deyilsə onun çəkilişlərinə icazə veriləcək.
“İndiki halda bu filmlə bağlı bizə heç kim müraciət etməyib”- deyə nazirlikdən virtualaz.org saytına bildirilib.
Saytımıza o da məlum olub ki, Rusiyadan çəkiliş qrupunun Azərbaycana gəlişini təşkil edən telejurnalist Şakir Eminbəyli dindirilmək üçün MTN-ə aparılıb. MTN bununla Bakıda erməni kəşfiyyatçısının xatirəsinin əbədiləşdirilməsinə operativ reaksiya verib.

Həmçinin oxuyun

Hakimiyyətə xəyanət edənləri mən tanıyıram… – Seymur Verdizadə

“Söyüş müxalifəti”nin fəaliyyətini təqdir etmirəm. Bu adamların Azərbaycan xalqına heç bir faydası yoxdur. Cəmiyyət bunu …

Bir cavab yazın