Ana səhifə / Köşə Yazarları / “Tarif Şurasının qərarı hər kəs kimi media təmsilçilərinə də mənfi təsir göstərəcək” – Elçin Şıxlı

“Tarif Şurasının qərarı hər kəs kimi media təmsilçilərinə də mənfi təsir göstərəcək” – Elçin Şıxlı

Tarif Şurasının işıq və qazın qiymətini bahalaşdıran qərarı ilə bağlı müzakirələr davam edir. Maraqlıdır, iqtisadi böhran fonunda verilən bu qərar media təımsilçilərinin sosial yaşamına necə təsir göstərəck?
Moderator.az-a açıqlama verən Ayna.az saytının baş redaktoru Elçin Şıxlı cəmiyyətin bütün təbəqələri kimi media mənsublarının da bu bahalaşmadan öz nəsibini alacağını vurğuladı:
“Əhalinin bütün təbəqələri kimi təbii ki, jurnalistlərə də bu bahalaşma, Tarif Şurasının yersiz və haqsız qərar mənfi təsir göstərəcək. Tarif Şurasının məlum qərarından sonra camaat arasında maraqlı bir lətifə də gəzir. Bu lətifənin mahiyyəti ondan ibarətdir ki, biri digərindən kombisinin olub-olmadığını soruşur. Əgər qarşı tərəf kombisinin olduğunu təsdiqləyirsə, o zaman ona “deməli varlısan” deyirlər. Yəni artıq elə bir vəziyyət yaranıb ki, kombisi olana varlı kimi baxılar.
Düşünürəm ki, vəziyyət hamı üçün yaxşı olmayacaq. Hamı kimi jurnalistlər də ciddi problemlər üz-üzə qalacaq”.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın