Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Köşə Yazarları / Tanınmış türk jurnalistləri azadlığa buraxıldı – MEDİA

Tanınmış türk jurnalistləri azadlığa buraxıldı – MEDİA

Türkiyənin “Cumhuriyyət” qəzetinin baş redaktoru Can Dündar və jurnalist Ərdəm Gül sərbəst buraxılıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumat NTV telekanalında yer alıb.

Məlumata görə, Konstitusiya Məhəməsi “Cumhuriyyət” qəzetinin baş redaktorunu və əməkdaşını “şəxsiyyət hürriyəti və təhlükəsizliyi”, “düşüncəni açıqlama və yayma azadlığı” və “mətbuat azadlığı” haqlarının pozulduğuna qərar verib və pozuntunun aradan qaldırılması üçün sənədləri məhkəməyə göndərib.

Qərar məhkəmə üzvlərinin səs çoxluğu ilə qəbul edilib.

Noyabrın 27-dən bəri həbs olunan Can Dündar və Ərdəm Gülün bu axşam həbsxanadan çıxması gözlənilir.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın