Şənbə , Noyabr 28 2020
Ana səhifə / Köşə Yazarları / Tanınmış saytların və qəzetlərin adından istifadə halları çoxalıb – Əflatun Amaşov

Tanınmış saytların və qəzetlərin adından istifadə halları çoxalıb – Əflatun Amaşov

“Tanınmış saytların və qəzetlərin adından istifadə halları çoxalıb”.

Bunu SalamNews-a açıqlamasında Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

AMŞ sədri qeyd edib ki, “Azərbaycan” qəzetinin adına uyğun çoxsaylı qəzetlər yaradılıb: “”Azərbaycan” sözünu böyük hərflərlə yazdıqları halda əlavə etdiklərini isə elə kiçik hərflərlə yazırlar ki, heç oxunmur. Bir neçə dəfə də tanınmış saytların adından istifadə edərək yalançı saytlar yaradıblar. Çoxlarının da qarşısı alınıb. Bu kifayət qədər ciddi məsələdir. Hüquqi baxımdan yanaşdıqda əgər başqa domendə yerləşdirilirsə, bunun qarşısını almaq heç də asan deyil. Bəzi məqamlarda oxşar adlardan istifadə edərək xaricdə yaşayan insanlar saytlar yaradırlar. Həmin saytlardan da həm siyasi, həm də başqa məqsədlər üçün istifadə olunur. Bu problem kifayət qədər araşdırılmalıdır. Hazırda Azərbaycan qanunvericiliyində internet üzərində yayımlanan mətbuat vasitələrilə bağlı layihələr və düzəlişlər müzakirə olunur. Düzəlişlər edildikdən sonra da bu məsələ hər zaman diqqətdə saxlanmalıdır”.

Əflatun Amaşov vurğulayıb ki, oxşar adlarla bağlı Mətbuat Şurasının Milli Məclisə müraciətləri olub: “Biz bu problemləri müzakirələr əsasında aradan qaldırmağa çalışırıq. Oxşar adlarla bağlı problemə biz kompleks şəkildə yanaşırıq. Artıq Azərbaycan qanunvericiliyinə internet üzərindən yayımlanan media vasitələri üçün əlavələr ediləcək. Tanınmış saytların adından istifadə bağlı problemlər yəqin ki, tezliklə aradan qaldırılacaq”.

Həmçinin oxuyun

Prezidentin məntiqinə inanaq, yoxsa Zahid Orucun elan etdiyi sorğunun nəticəsinə?

Noyabrın 12-sində Sosial Tədiqatlar Mərkəzinin (STM) sədri, millət vəkili Zahid Orucun keçirdiyi brifinqə baxdım. Diqqətimi …

Bir cavab yazın