Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Köşə Yazarları / “Space”-nin keçmiş aparıcısı KANALIN MÜDAFİƏSİNƏ QALXDI: “Siz hansı dövrdə qalmısınız?!”

“Space”-nin keçmiş aparıcısı KANALIN MÜDAFİƏSİNƏ QALXDI: “Siz hansı dövrdə qalmısınız?!”

Xəbər verdiyimiz kimi gənc yazıçı Eminquey Akif Space telekanalının rəhbəri Vaqif Mustafayevə açıq məktub yazıb.

BiG.AZ xəbər verir ki, həmin məktub yerli mətbuatda dərc edilib. Adı çəkilən məktub mətbuatda böyük sensasiya doğurub. Bununla bağlı “Space” telekanalının keçmiş aparıcısı da şəxsi sosial hesabında paylaşım edərək, keçmiş iş yerinin müdafiəsinə qalxıb.

“Bayaq qarşıma xəbər çıxdı, bir sayt paylaşıb. Mənim bütün media əhlinə çox böyük hörmətim var. Amma xəbərin müəllifi Eminquey ( Ernest yox Akif ) bunu öz facebook səhifəsində paylaşıb, həmin saytdan maaş alan qardaş da hər kəsə maraqlı ola bilər deyə böyük xəbər adı ile bu yazını paylaşıb. Xəbərdə Space tv nin efiri tənqid edilir, orda çalışan insanların fəaliyyətində qüsur axtarılır. Space tv -ə böhtan və qara ləkə atan qardaşlar özlərini biraz yandırıblar. Mən artıq 5 aydır ki, Space tv de çalışmıram. Siz hansı dövrdə qalmısınız ? Mən də məktub yazacam, Ernest Heminqueye Akife görƏ, axı amerikalı yazıçı jurnalist nahaq söz yazmazdı…. Həm də Həsən Bəy Zərdabiyə, saytdandan maaş alan jurnalistə görə… Jurnalistikada dəqiq, qərəzsiz ,vicdanlı, həm də operativ olmaq şərtdir daha köhnə yazıları oxuculara “təzədir , alın” deyə sırımaz. Oxucuları zəhərlƏyəcəksiniz, vallah…
Dostlar, özünüzə baxın sonra danışın !

Məktubu olduğu kimi təqdim edirik:

Əziz və Hörmətli Vaqif Mustafayev!

Sizi narahat edən, kanalınızın narahat etdiyi siravi tamaşaçıdan biridir. Əvvəla onu deyim ki,Space tv-nin sahibi Sevil Əliyevaya böyük təşəkkür düşür.O mənada ki, bu kanaldan xeyli insan evinə çörək aparır.

Space televiziyası 1997-ci ildən fəaliyyət göstərir. Bir neçə kanaldan da yaşca böyükdür.

Adama sual verərlər ki, nöşün? O şün ki, bizdən qabaqkı nəsilin Hind filmlərinə olan marağı bütöv Space tv-ni Hindistanın dövlət televiziyasına çevirməməlidir. Artıq bu “dışşş, bıdışşşş”lar, reklam fasiləsinə düşən öpüşmə səhnələri bizə maraq vermir.

Artıq bu filmlərin əsas qayəsi olan “yağış romantikası” da biz vızzz gəlir. Bizim üçün artıq yağış da romantika deyil, şəhərin palçığını üstümüzdə evə gətirəndən sonra. Sovet dövrü də deyil ki, küçələrimiz hər səhər tezdən yuyulsun, təmizlənsin.

Əkbər yaxşı aktyordur, amma bütün Azərbaycanın doğum gününü bir verilişdə keçirmək kimin nəyinə lazımdır ki? Mikayıl haqqda yazılmayan tənqidlər qalmayıb. Hərçənd ki, Mikayıl bəyin bu tənqidlər heç mikrofonuna da deyil, amma biz də belə dincəlirik.

Xarici televiziyaların tamaşaçı kütləsinə baxanda elə bilirsən ki, o ölkələrdə yaşayan insanlar həqiqətən də çox mədənidirlər. Rusiyanın televiziyalarındakı dava-dalaşları çıxsaq, ümumi mənzərə belədir. Yəni, mənim nə demək istədiyim yəqin ki, aydındır. Hətta, tamaşaçı kütləsi orada gəlib oturub əl çalmağı özünə iş bilir, peşə bilir. Sizin tv-yə qonaq gələndə bu kütlənin başçılarını gördüm, o verilişdən bu verilişə, bu kanaldan o kanala sifariş götürürdülər. Əgər Azərbaycan bu gün dünya kanalları içinə bu kütlə ilə, bu verilişlərlə düşəcəksə, vay bizim ekranımıza.

Tv-nin ən əsas simaları da xəbər aparıcılarıdır ki, Space-nin xəbərlər proqramı adamı birbaşa nevroza aparır. Deməli, proqramın aparıcıları Elvin Basqallı və Nurlan Əliyevdir. Elvin Basqallı da Nurlan Əliyev də gözəl insanlardır. Elvinsə həm də yerlimdir. Amma bu proqramda siz xalqa önəmli informasiyaları çatdırmalısınız, qışqırmalı yox.

Sakit tərzdə, əcaib intonasiyalarda yox. Bunu sizin təcrübəsizliyinizə də keçmək olardı, amma elə də qısa zaman deyil ki, efirdəsiniz. Hətta, İradə İsaq sizin haqqınızda şikayət statusu yazanda, iş yoldaşlarınızdan biri bu nöqsanların dəfələrlə sizə irad tutulduğu və sizin də bu halınızdan məmnun olduğunuz bəlli oldu. Sizin xəbərlərin sürətinə çatmaq üçün 6,3 motor beyin lazımdı. Özü də dönə-dönə deyirsiniz ki, bizi qaçırmayın. Qardaş, mən hər dəfə sizin xəbərlərə baxanda təngənəfəs oluram. Bizi qaçıran sizsiniz e, biz sizi qaçırmırıq.

Banu verilişində o gözəl xanım rayon-rayon, kənd-kənd Azərbaycanın canına düşüb toylarımızı çəkir, xub. Amma filan rayonun filan kəndinin filan ailəsindəki toy mənim nəyimə gərək? Hə, adət-ənənəni göstəririk, deyirsinizsə, bu tip verilişlərin istifadə müddətdi çoxdan keçib, vallah, keçib ee, keçib.

Hamı bilir ki, aş, kabab, buğlama, bozbaş, küftə, dolma və başqa isti yeməklər rayon toylarının adətidir. Hamı bilir ki, gəlin-qaynana ancaq toyda öz mehribanlıqlarının zirvəsinə çatırlar.

Lampa başına fırlanma, çörək kəsmə, bal yedizdirmə, Quran altından keçirmə, boşqab sındırma, ayaq basdalama və başqa xürafat inanclar ayrılmaz hissəmizdir.

Sən toy çaldırırsan, sonra banklar sənə toy tutur. Maşın önünü kəsən uşaqlara manatlıq tullamaqla deyil e.

Məsələn, niyə Azərbaycan televiziyasında “istedad” gəzən verilişlər yoxdur? İstedad deyəndə təkcə qatar dartan pəhləvanlar, zəngulə vuran xanəndələri nəzərdə tutmuram ha, mən qeyri-adi istedadları deyirəm. Çünki, kanallarımızın özündə qeyri-adiliyə meyillilik azdır, maraq azdır.Elə toy,elə konsert,elə ağlaşma.Nə isə, Space tv…

Bəlkə də xalqın çox hissəsi sizin fəaliyyətinizdən razıdır, xoşhaldır. Amma siz xalqın sevimli kanalı olduğunuzu deyirsiniz.

Mən də bu xalqdan biri olaraq həm öz adıma, həm də həmfikirlərim adıma yazıb bildirirəm ki,çiçəklənmə dövrümüzün məhsuldarlığından siz də istifadə edin,soyunun bu nimdaş verilişləri əyninizdən. Soyunun bu hind nostalgiyasını əyninizdən.

Görənlər bizi Hindastanla qonşu dövlət saymasın,hind adətlərinə düçar kimi tanımasın. Soyunun bu qışqırığı ki, informasiyalar beynimizi qapmasın, sığallasın.

Və o zaman görəcəksiniz ki, soyunmaq təkcə biədəblik deyil, biyabırçı məşhurlaşma planı deyil, həm də işıqlanmaqdır, aydınlanmaqdır. Azaldın bu bayağı müğənniləri qonaq siyahınızdan.

Sonda Vaqif müəllim, savadınıza, intellektinizə, istedadınıza inanıb sizdən yeniliklər gözləyirik, Space Hindistanın yox, Azərbaycanın televiziyasıdır”.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın