Şənbə , Aprel 20 2024
Ana səhifə / Köşə Yazarları / Seymur Həziyə 2500 avro veriləcək

Seymur Həziyə 2500 avro veriləcək

Sərhədsiz Reportyorlar Təşkilatı 2016-cı ildə Mətbuat Azadlığı mükafatına 22 namizədin adını açıqlayıb. 3 nominasiya üzrə mükafat 1 jurnalistə, KİV-ə və vətəndaş jurnalistikası nümayəndəsində veriləcək.

Təşkilatın yaydığı məlumatda deyilir ki, 19 ölkədən olan builki namizədlərdən çoxu ya həbsdədir, ya da təqib olunur: “Həbsdə olanlar arasında misirli jurnalist İsmayıl Alexandrani, çinli Chinois Lu Yuyu və Li Tingyu, həmçinin Azərbaycandan Seymur Həzidir. Seymur Həzi Azərbaycandakı müxalifət qəzeti olan “Azadlıq”ın əməkdaşıdır ”.

Qeyd edək ki, mükafat 1992-ci ildən təqdim edilir. Qaliblərin hər birinə 2500 avro veriləcək.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın