Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Köşə Yazarları / Saytların bağlanması üçün məhkəməyə müraciət imkanları yaradılır

Saytların bağlanması üçün məhkəməyə müraciət imkanları yaradılır

Azərbaycanda internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması qanunla təsbit edilir və bu, məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər siyahısına daxil edilir, eyni zamanda müvafiq icra hakimiyyəti orqanına yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi hallarını müəyyən etdikdə, internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək imkanı verilir.

APA-nın məlumatına görə, bununla bağlı Mülki Prosessual Məcəlləyə əlavələr təklif edilir.

Layihəyə əsasən, məcəllənin 305-ci maddəsinə (Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər) yeni bənd – “internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında” cümləsi əlavə edilir.

Buna əsasən məcəlləyə 40-6 Fəslinin (İnternet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında işlər üzrə icraat) əlavə edilməsi təklif olunur. Yeni fəslin maddələrində icraatla bağlı müvafiq icra hakimiyyəti tərəfindən bununla bağlı ərizənin verilməsi, ərizənin məzmunu və ona baxılaraq qətnamənin qəbul edilməsi və s. məsələlər əksini tapıb. Burada söhbət ondan gedir ki, müvafiq icra hakimiyyəti orqanı internet informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna əsasən yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi hallarını müəyyən etdikdə, internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət edir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 7-də müzakirəyə çıxarılacaq.

Həmçinin oxuyun

Hakimiyyətə xəyanət edənləri mən tanıyıram… – Seymur Verdizadə

“Söyüş müxalifəti”nin fəaliyyətini təqdir etmirəm. Bu adamların Azərbaycan xalqına heç bir faydası yoxdur. Cəmiyyət bunu …

Bir cavab yazın