Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Köşə Yazarları / Şahrux Xan Bakıya gəlir – Video

Şahrux Xan Bakıya gəlir – Video

Hindistanın məşhur aktyoru Şahrux Xan Azərbaycana gələcək.
Publika.az xəbər verir ki, onun Azərbaycandakı rəsmi Feysbuq səhifəsində paylaşılan videoda məşhur aktyor özü bu barədə danışıb.
Dünya şöhrətli Şahrux Xan videoda bildirib ki, bu səfəri pərəstişkarlarının arzusu ilə reallaşdıracaq:
“Dünyanı gəzmək fikrindəyəm. Görmək istədiyim ölkələr arasında Azərbaycan öndə gəlir. Azərbaycanın adı “A” hərfi ilə başlayır. “A” isə əlifbanın birinci hərfidir. Odur ki, Azərbaycana mütləq gələcəyəm”.
Məşhur aktyor Azərbaycanın adı ilə bağlı başqa bir xatirəsini də bölüşüb. O deyib ki, uşaqlıqda “Atlas” oyunu oynamağı xoşlayıb. Həmin oyunlardan birində qələbəsi məhz Azərbaycanla bağlı olub. Belə ki, Azərbaycanın adını atlasda tapdığı üçün qalib olub.
Xatırladaq ki, aktyor rəqqasə Oksana Rəsulova ilə tanışdır. Onlar bir neçə tədbirdə birlikdə olub və şəkil çəkdiriblər.

 

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın