Şənbə , May 21 2022
Ana səhifə / Köşə Yazarları / Şahbaz Quliyevi haqlı saymadım – Məhəmmədəli Qəribli

Şahbaz Quliyevi haqlı saymadım – Məhəmmədəli Qəribli

7 il erməni əsirliyində olan Şahbaz Quliyevin keçirdiyi etiraz aksiyasını gördüm. Düzünü deyim ki, onu haqlı saymadım. Bizdə belə bir steriotip formalaşıb ki, insan bir az tanındısa ( hansı mövzuda olursa-olsun) onun bütün təminatını dövlət öz hesabına etməlidir. Deyir qazımı, işığımı kəsiblər.

Blogerin ona ünvanladığı “hansı evinizin” sualından yayınmağa çalışdı. Axırda “Prezidentin mənə bağışladığı evin” cavabını verdi. Sonra özü etiraf etdi ki, 1 il 3 aydır hospitalda müalicə olunur. Onun müalicə olunduğu yeri bilirəm, tam dövlət hesabınadır.

Daha nə istəyirsən? Yəqin Şahbaz istəyir ki, bundan sonra heç bir əmək fəaliyyətilə məşğul olmadan ayda yaxşı paket alsın və bütün kommunal ödənişlərdən azad edilsin? Niyə, hansı fəaliyyətinə görə? Onsuz da dövlət sənin azad edilməyin üçün milyonlarla vəsait xərcləyib, sağ-salamat ölkəyə qaytarıb. Bəyəm, sən ora dövlət tapşırığına görə getmişdin? İndi get işlə , özünü dolandır da…

Adətən əsirlikdən qayıdanları öz ölkələrində həbs ediblər. Şahbaz papağını göyə atsın ki, dövlətin hər tərəfli humanizmi ilə əhatə olunur. Onların əsirlikdən sonra Dilqəm Əsgərovla bir-birinin ünvanına səsləndirdiyi ittihamlardan danışsam isə tam biabırçılıq olar. Adam elə danışır ki, sanki əliyalın Şuşanı fəth edən xüsusi təyinatlı zaddır.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Hökumətin ƏDV menyusu: lülə kabab, yoxsa kitab?

Bir qız 35 yaşında ərə gedir, qohum-əqrəba sevindiyindən gəlinin qarşısında çox oynayır. Bu vaxt ağsaqqallardan …