AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda o, öz Facebook səhifəsində paylaşım edib.

Siyasətçi iddia edir ki, şəkillər o, inaqurasiya mərasimini tərk edərkən çəkilib:

“Biz Ukrayna telekanallarına təklif etmişdik ki, Trampın inaqurasiyasına getməyimizi işıqlandırsınlar, ancaq bundan imtina etdilər. Lakin onlar mənim mərasimi tərk edərkən çəkilən qeyri-rəsmi şəkillərimi paylaşdılar. ”

Bu şərhi ilə bərabər Saakaşvili jurnalistlərin yaydıqları foto və videonu screen edərək paylaşıb.

Siyasətçinin sözlərinə görə, bu materiallar sübut edir ki, “düşmənlər” ondan qorxurlar.