Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Köşə Yazarları / Rusiyanın Xarici İşlər Nazirliyi “LifeNews” kanalını tənqid atəşinə tutdu

Rusiyanın Xarici İşlər Nazirliyi “LifeNews” kanalını tənqid atəşinə tutdu

Rusiya Xarici İşlə Nazirliyi (XİN) “Lifenews” kanalının jurnalistlərinin Azərbaycandan deportasiya olunması məsələsinə münasibət bildirib.

Virtualaz.org xəbər verir ki, Rusiya XİN sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki, KİV-in işinə hörmət etmək lazımdır: “KİV-in işi onların redaksiya siyasətinə görə məhdudlaşdırılmamalıdır. Lakin KİV də həmin ölkənin qanunvericiliyinə riayət etməlidir”.

M. Zaxarova Dağlıq Qarabağ münaqişəsini işıqlandıran KİV-i məsuliyyətli olmağa çağırıb: “KİV hadisəslərə obyektiv yanaşmalıdır. Xüsusən bu cür çoxlu sayda insan itkisi ilə müşayiət olunan münaqişə işıqlandırılan zaman buna daha çox diqqət yetilrməlidir. Münaqişənin işıqlandırılması zaman hansısa tərəfin mövqeyini müdafiə etmək qəbuledilməzdir. KİV bunun məsuliyyətini dərk etməlidir”.

Rusiya XİN sözçüsü KİV-i baş verən hadisələrə rəng verməməyə, obyektiv olmağa çağırıb: “Öz ölkələrindən başqa dünyanın bir sıra ölkəsində Azərbaycan və Ermənistan xalqlarının nümayəndələri yaşayır. KİV-in tərəfli mövqeyi onlar arasında milli zəmində qarşıdurmaya səbəb ola bilər”.

Həmçinin oxuyun

Prezidentin məntiqinə inanaq, yoxsa Zahid Orucun elan etdiyi sorğunun nəticəsinə?

Noyabrın 12-sində Sosial Tədiqatlar Mərkəzinin (STM) sədri, millət vəkili Zahid Orucun keçirdiyi brifinqə baxdım. Diqqətimi …

Bir cavab yazın