Cümə , Aprel 19 2024
Ana səhifə / Köşə Yazarları / “Respublika” qəzeti təkzib etdi

“Respublika” qəzeti təkzib etdi

Rəsmi dövlət qəzeti olan “Respublika”da təhsil naziri Mikayıl Cabbarova məxsus olduğu qeyd olunan məqalə ilə bağlı təkzib məlumatı dərc olunub.

Rəsmi dövlət qəzetinin bugünkü sayında qeyd edilib ki, qəzetin ötən günkü sayında dərc olunan məqalə nazirliyin strukturları tərəfindən təqdim olunmuş statistik məlumatlara əsasən hazırlanıb: “Yaranmış anlaşmazlıq əməkdaşların məsələni tam araşdırmaması nəticəsində ortaya çıxmış və lazım olmayan əks sədaya səbəb olmuşdur. Təhsil Nazirliyi və “Respublika” qəzeti mövzu ilə bağlı əlavə şərhlərə ehtiyac görmür”.

Xatırladaq ki, “Respublika” qəzetinin dünənki sayında müəllifi təhsil naziri Mikayıl Cabbarov olduğu göstərilən məqalə dərc olunub. Lakin Təhsil Nazirliyinin mətbuat xidməti “Müstəqillik illərində Azərbaycanda təhsilin inkişafı” adlı yazının nazirə aidiyyatı olmadığı haqqında açıqlama yayıb.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın