Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Köşə Yazarları / Radikal dindarlar jurnalisti təhdid edir – FOTOFAKT

Radikal dindarlar jurnalisti təhdid edir – FOTOFAKT

Cebhe.info-nun əməkdaşı Müşfiq Abdulla radikal dindarlar tərəfindən təhdidlərə məruz qalır.

Belə ki, sayt əməkdaşı “Azərbaycana ərəb axınının GİZLİNLƏRİ: Təhlükə “gəlirəm” deyir” başlıqlı yazısındakı fikirlərinə görə radikallar tərəfindən təhdid olunur.

Qeyd edək ki, analitik məqalədə ərəb turistlərin Azərbaycana kütləvi gəlişinin təhlükəli məqamları açıqlanıb. Müəllif bildirir ki, ərəblərin səfər etməsi Azərbaycanda sələfilik, xəvaric kimi qeyri-ənənəvi cərəyanların güclənməsi risqini artırır , ölkəmizdə terror təhlükəsi yaranması üçün ciddi zəmin formalaşdırır. Azərbaycan İranla Səudiyyə Əərəbistanı, yaxud şiə koalisiyası ilə Əfqanıstana və Mərkəzi Asiyaya çıxış əldə etməyə çalışan İŞİD arasında geosiyasi mübarizə meydanına çevriləcək. Həmçinin, Azərbaycanda yetkinlik yaşına çatmayan qızların ərəb kişiləri tərəfindən cinsi zorakılığa məruz qalması halları baş verə bilər. Bu fikri məqalədə rəyi öyrənilmiş siyasi ekspertlər də təsdiq edib. Radikal dini baxışlara malik şəxslər Facebook-dakı “Online Media Birliyi” qrupunda avqustun 14-dən başlayaraq çoxsaylı kommentlər yazaraq öz fikirlərini əsaslandırmadan müəllifin ünvanına təhqir və təhdidlər yağdırırlar.

Sosial şəbəkələrdə şərh yazan radikal fikirli şəxslər Müşfiq Abdullanı “kafir”, “ingilis agenti” adlandırır, hədələyir, təhqir edirlər. Cebhe.info bildirir ki, baş verir biləcək hər hansı xoşagəlməz hadisəyə görə məsuliyyət həmin şəxslərin üzərinə düşür.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın