Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Köşə Yazarları / Rəhbərlikdə təmsil olunan 5 şəxs İTV-dən çıxarıldı

Rəhbərlikdə təmsil olunan 5 şəxs İTV-dən çıxarıldı

Lamiyə Ələkbərqızına İctimai Televiziyada yeni vəzifə verilməsi barədə heç bir məlumatım yoxdur.

Bu sözləri Kult.az-a açıqlamasında İctimai Televiziyanın mətbuat katibi Akif Cabbarlı söyləyib. O, məzuniyyətdə olduğu üçün bu barədə xəbəri təsdiq və ya təkzib edə bilməyəcəyini bildirib.

Qeyd edək ki, Lider TV-nin direktor müavini vəzifəsində çalışan və bu yaxınlarda öz istəyi ilə işdən ayrıldığı bildirilən Lamiyə Ələkbərqızına yeni vəzifə verilməsi barədə informasiya yayılıb. Primtaym.az aparıcının İctimai Televiziyada (İTV) Musiqi-Əyləncə və Xüsusi Layihələr Departamentinin rəhbəri vəzifəsinə təyin edildiyi yazıb.

***

İctimai Televiziyanın Musiqi-Əyləncə və Xüsusi Layihələr Departamentinin rəhbəri, mətbuat katibi (Akif Cabbarlı), mühafizə xidmətinin rəhbəri və daha iki departament müavini daxil olmaqla, bu gün 5 nəfərin işdən azad edildiyi bildirilir.

Axar.az-a daxil olan məlumata görə, sabah İştimai Televiziya və Radio Yayımları Şurasının iclasından sonra mediaya bu haqda açıqlama veriləcək.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın