Cümə , Aprel 19 2024
Ana səhifə / Köşə Yazarları / Qəzada ölən MTRŞ əməkdaşı bu yaxınlarda baba olubmuş

Qəzada ölən MTRŞ əməkdaşı bu yaxınlarda baba olubmuş

Dünən Xətai rayonu Zığ dairəsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı tanınmış vəkil, Milli Televiziya və Radio Şurasının hüquq şöbəsinin əməkdaşı Toğrul Mirzəzadə 10-A-919 dövlət nömrə nişanlı motosikletlə hərəkətdə olan zaman idarəetməni itirib. Motosiklet hərəkətdə olan 90 FL 361 dövlət nömrə nişanlı “Qazel” markalı yük maşınına çırpılıb. Qəza nəticəsində vəkil Toğrul Mirzəzadə dünyasını dəyişib.

Azinforum.az Modern.az-a istinadən xəbər verir ki, Toğrul Mirzəzadənin 2 qız övladı var. Yaxınlarının sözlərinə görə, əslən Cəlilabad rayonundan olan Toğrul Mirzəzadənin ailəsində bu günlərdə çox əlamətdar hadisə qeyd olunub.

“Toğrul Mirzəzadə çox ailəcanlı insan idi. Ailəyə, uşaqlara çox bağlı idi. Düzdü, o qədər də çox yaşı yox idi. Amma övlad toyu görməyi Allah qismət etmişdi. Hətta, bu yaxınlarda nəvəsi dünyaya gəlmişdi. Gənc yaşda baba olmağına çox sevinirdi”

Qeyd edək ki, Toğrul Mirzəzadə Vəkillər Kollegiyasının üzvü olmaqla yanaşı,

Milli Televiziya və Radio Şurasının (MTRŞ) hüquq şöbəsinin əməkdaşı olub. O, 2015-ci ildən MTRŞ-da çalışıb.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın