Şənbə , Noyabr 28 2020
Ana səhifə / Köşə Yazarları / Putinə sual ünvanlamış azərbaycanlı jurnalist: “O, qapını bir az açıq qoydu…”

Putinə sual ünvanlamış azərbaycanlı jurnalist: “O, qapını bir az açıq qoydu…”

Rusiya prezidenti Vladimir Putin dekabrın 17-də keçirdiyi 3 saatlıq mətbuat konfransı dünyada böyük rezonansa səbəb olub. Konfransda uzun illərdir Moskvada yaşaya azərbaycanlı jurnalist, hazırda Türkiyənin “Cihan” xəbər agentliyinin Moskva müxbiri Fuad Səfərov da Rusiya prezidentinə sual ünvanlamaq imkanı əldə edib.
Turkustan.info saytının suallarını cavablandıran Fuad Səfərov mətbuat konfransındakı atmosferdən, Vladimir Putinə ünvanladığı suala aldığı cavabdan danışıb.

– Rusiya prezidentinin bu dəfəki “illik hesabat” adlandırılan mətbuat konfransına demək olar ki, rekord sayda – 1390 KİV nümayəndəsi akkreditə olunmuşdu. Xatırladım ki, Vladimir Putinin ötən il keçirdiyi və mənim də iştirak etdiyim mətbuat konfransına 1259 jurnalist akkreditə edilmişdi.

– Fuad, konfransda V.Putinə ünvanladığın sual və aldığın cavab haqda məlumat verərdin.

–  Qeyd edim ki, mən keçən ilki mətbuat konfransında da Rusiya prezidentinə sual vermişdim. Sualım belə idi: “Siz Türkiyəyə rəsmi səfərə getdiniz. Sizdən sonra avropalı liderlər tələsik Ankaraya səfərlər etdilər. Onların məqsədi Türkiyəni Rusiyaya qarşı sanksiyalara cəlb etmək idimi?”. Budəfəki sualım isə “Rusiya-Türkiyə münasibətlərinin pozulmasında üçüncü tərəfin əlinin olduğunu güman edirsinizmi?” şəklində idi. Vladimir Pitinin cavabı belə oldu: “Üçüncü tərəfin təhriki ola bilər. Amma Türkiyənin bu davranışı Rusyanı şok etdi. Türkiyə bizə düşmən ölkə deyil, amma düşmən hərəkəti etdi bizə. Və baş verən hadisəyə görə Türkiyədən cavab gözləyirik. İndi top Türkiyənin ayağındadır”. Obrazlı desək, qapını bir az açıq qoydu…

– Bu mətbuat konfransında V.Putinin psixoloji durumu ilə bağlı çeşidli fikirlər səsləndirilir. Sən nə müşahidə etdin Rusiya prezidentinin əhval-ruhiyyəsindən?

– Putin hər zamankı kimi ötkəm, özünə əmin və geri addım atmayacaq kimi təsir bağışlayırdı. Görünən odur ki, o təyyarə vurulması məsələsinə görə Türkiyədən möhkəm qırılıb.

– Rusiya prezidentinin Türkiyə rəhbərliyi haqqında işlətdiyi təhqiramiz sözlər salonda, dünya KİV təmsilçiləri arasında necə qarşılandı?

– Düzdür, bu sözləri alqışlayanlar da oldu… Yəni, fərqli reaksiyalar göstərildi.

– Fuad, bir qədər də özün haqqında məlumat ver.

– Mən 1972-ci ildə indiki Şirvan şəhərində anadan olmuşam. 1992-2002-ci illərdə Türkiyədə yaşamışam. İzmir Ege Üniversitetindən məzun olmuşam. Ali jurnalistika təhsilim var. Universiteti, magistaturanı orada oxudum, bir müddət mediada çalışdım. 2004-cü ildən etbarən Moskvada yaşayıram. Və hazırda “Cihan” xəbər agentliyinin Moskva müxbiriyəm.

Həmçinin oxuyun

Prezidentin məntiqinə inanaq, yoxsa Zahid Orucun elan etdiyi sorğunun nəticəsinə?

Noyabrın 12-sində Sosial Tədiqatlar Mərkəzinin (STM) sədri, millət vəkili Zahid Orucun keçirdiyi brifinqə baxdım. Diqqətimi …

Bir cavab yazın