Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Köşə Yazarları / Prezidentliyə namizədin cangüdənləri jurnalisti döydülər – VİDEO

Prezidentliyə namizədin cangüdənləri jurnalisti döydülər – VİDEO

Türkiyə və Rusiya mediası ABŞ-da baş verən bu hadisəni qınaq obyektinə çevirib

 
“Time” jurnalının təcrübəli fotomüxbiri Kristofer Morrisi Amerika prezidentliyinə namizəd Donald Trampın mitinqi zamanı döyüblər. 
Musavat.com Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, mitinq zamanı D.Trampın cangüdənləri fotomüxbiri döyüb, sonra da yerə yıxıblar. Zərbələrə qarşılıq verən K.Morrisin dava anları saniyə-saniyə görüntülənib.
Mübahisəyə fotoqrafın D.Trampa etiraz etmək üçün aksiyaya gələnlərə yaxınlaşması səbəb olub. Cangüdənlər K.Morrisin etirazçılara daha çox diqqət ayırdığından qıcıqlanıblar.
Hadisə yerində olan digər qəzetçilər isə prezidentliyə namizədin cangüdənləri ilə həmkarları arasında baş verən insidenti foto və videoaparatın yaddaşına köçürüblər.
Görüntülərdə cangüdənlərdən birinin jurnalistin boğazını sıxıb, onu yerə itələməsi yer alıb. O, yerə yıxılan jurnalisti daha sonra da təpikləyib. K.Morris də ona eyni şəkildə qarşılıq verir.
Bu hadisədən sonra fotoqraf mitinqin keçirildiyi yerdən çıxarılıb. Jurnalist Trampdan və onun cangüdənlərindən məhkəməyə şikayət edəcək.
Xəbərin ən maraqlı detalı isə onun Rusiya və Türkiyə mediasında təqdim olunma forması idi. Hər iki ölkənin media orqanlarında bu xəbər əsasən “Bizə söz azadlığı öyrədən ölkədə jurnalisti döydülər” başlığı ilə təqdim olunub.
 
 

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın