Ana səhifə / Köşə Yazarları / Prezidentdən KİV-ə və internetə nəzarətlə bağlı – FƏRMAN

Prezidentdən KİV-ə və internetə nəzarətlə bağlı – FƏRMAN

Rusiya prezidenti Vladimir Putin “2017-2030-cu illərdə Rusiya Federasiyasında informasiya cəmiyyətinin inkişaf strategiyası haqqında” fərman imzalayıb.

Sputnikə kremlin.ru-ya istinadla xəbər verir ki, fərmanın imzalanmasında məqsəd Rusiyada bilikli cəmiyyətin formalaşdırılmasını təmin etməkdir. Strategiya və onun reallaşdırılması planının yerinə yetirilməsinə bütün dövlət orqanları məsuldur.

Sənəddə internetdə anonimliyə qarşı və KİV-ə oxşar servislərin nizamlanması nəzərdə tutulur.

Hökumət altı ay ərzində ənənəvi KİV-lərə dəstək və onlara oxşar servislərin nizamlanması ilə məşğul olacaq. Burada söhbət xəbər aqreqatorlarından, sosial şəbəkələrdən, internet televiziyadan, messencerlərdən, eləcə də “internet şəbəkəsində saytlar”dan gedir.

Bundan əlavə, sənəddə internet istifadəçilərinin anonimliyinin, məsuliyyətsizliyinin və cəzasız qalmalarının qarşısını alacaq tədbirlər görüləcəyi göstərilib. Fərmanda həmçinin qeyd edilib ki, 2017-ci il oktyabrın 1-dək səlahiyyətli şəxslər dövlət orqanlarına Rusiya şifrələmə vasitələrinə keçidə imkan verəcək tədbirlər işləyib hazırlamalı, eləcə də Rusiya infrastrukturunun kiberhücumlardan müdafiə sistemini yaratmalıdırlar.

Qeyd edək ki, Rusiyanın əvvəlki İnformasiya cəmiyyətinin inkişaf Strategiyası 2008-2015-ci illəri əhatə edirdi.

Həmçinin oxuyun

“Belə getsə, Şuşada “son zəng” çaldırmağımız “Sur düdüyü”nə qalacaq…”

Min illərlə yanan “Yanardağ”ı olan qədim atəşpərəstlər yurdu 25 ildir  atəşkəsə əməl edib Qarabağ üçün …

Bir cavab yazın