Cümə axşamı , May 23 2019
Ana səhifə / Köşə Yazarları / Polisin ayaqlarından asılma xəbəri yalan çıxdı

Polisin ayaqlarından asılma xəbəri yalan çıxdı

Hazırda hüququ-mühafizə orqanları polisi aşağılamağa yönəlmiş dezinformasiyanın nə məqsədlə yayıldığını araşdırırlar

Dünən bir sıra xəbər saytlarında Yevlax şəhər polis idarəsinin mühafizə şöbəsinin polis serjantı Zahid Zahidlinin Mingəçevir şəhərində əvvəlcə döyülərək, ayaqlarından asıldığı və daha sonra isə gətirilib sahə müvəkkilinə təhvil verildiyi haqda xəbər yayılıb. Xəbərdə hadisəyə səbəb kimi, polis serjantının Mingəçevir şəhərində yaşayan bir qızla tanışlığına görə, belə bir aqibətlə üzləşdiyi vurğulanırdı.

Bununla bağlı araşdırma aparan Strateq.az saytının müxbiri maraqlı informasiyalar əldə edib. Müxbirimizə məlum olub ki, Yevlax polisi ilə bağlı bu məlumatın yayılmasından dərhal sonra hüquq-mühafizə orqanlarının aidiyyəti strukturları hərəkətə keçərək, həm Yevlax və Mingəçevirdə, həm də Bakıda olayın təfərrüatlarını araşdırmağa başlayıblar. Hətta bununla bağlı ilk məlumatı yayan şəxs – Ölkə.az saytının əməkdaşı Səxavət Məmməd də hüquq-mühafizə orqanları tərəfindən hadisənin aydınlaşdırılması prosesinə cəlb edilib.

Ancaq ilkin araşdırma zamanı ortaya çıxıb ki, Yevlax və Mingəçevir ərazisində, ümumiyyətlə, belə bir hadisə baş verməyib. Deyilənə görə, jurnalist Səxavət Məmməd də yaydığı xəbərin dezinformasiya olduğunu təsdiqləyib. Hazırda hüquq-mühafizə orqanları polisin nüfuzuna xələl gətirən belə bir xəbərin nə məqsədlə yayıldığını aydınlaşdırır.

Qeyd edək ki, Strateq.az-ın əməkdaşı məsələ ilə bağlı dəfələrlə Səxavət Məmmədlə əlaqə saxlamaq istəsə də, onun telefonları qapalı olub.

Mövzunu diqqətdə saxlayırıq, əlavə məlumatlar veriləcək.

Həmçinin oxuyun

Ateizmin təhsilə verdiyi fayda haqqında Finlandiya əfsanəsi

Bakıda Finlandiya deyəndə “yeyib-içən oğlanlar”ın ağlına birinci “Finlandiya” arağı gəlir. “Çox gəzən çox bilər” atalar sözünə …

Bir cavab yazın