Çərşənbə axşamı , İyun 22 2021
Ana səhifə / Köşə Yazarları / Peşəkar fotoqraf: “Azərbaycanda fotoqrafiya təhsili problem olaraq qalır”

Peşəkar fotoqraf: “Azərbaycanda fotoqrafiya təhsili problem olaraq qalır”

“Fotoqrafiya məktəbi Azərbaycanda ən böyük problemlərdən biridir”.

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu deyib: “Bu günə qədər Azərbaycanda fotoqrafiyanı tədris edən hər hansı müəssisə olmayıb. Bu da fotoqrafiya sənətinin böyük problemidir. Bizim fotoqraflarımız təhsil almaq üçün Polşaya, Çexiyaya üz tutublar. Qısacası Azərbaycanda fotoqrafiya təhsili problem olaraq qalır”.
“AFB olaraq biz bunun öhdəsindən gələ bilmirik. Yalnız fərdi kurslarla fotoqrafiya tədris olunur. Ancaq bu kursların mövcudluğu fotoqrafiyanın tədrisindəki problemi aradan qaldıra bilmir” – deyə o bildirib.

Həmçinin oxuyun

Büdcəmiz 10 milyard olanda da elmə 100 milyon, indi 27 milyarddır, yenə 100 milyon ayrılır

38 yaşım var. Əvvəllər heç vaxt böyük var dövlətimin olmasını arzulamamışam belə, nəinki onunçün çalışmaq. …

Bir cavab yazın