Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Köşə Yazarları / “Oturub ölümümüzü gözlədik” – Türkiyədə yaşayan azərbaycanlı jurnalist

“Oturub ölümümüzü gözlədik” – Türkiyədə yaşayan azərbaycanlı jurnalist

Türkiyədə yaşayan azərbaycanlı jurnalist Şeyda Nəsibli Qaynarinfo.Az-a iyulun 15-də baş vermiş çevriliş cəhdi ilə bağlı müsahibə verib. Müsahibəni təqdim edirik:– Çevriliş baş verən axşamı necə xatırlayırsınız?

-15 iyul gecəsi yaxınımızın toyuna getmişdik. Axşam başımızın üstündən təyyarələr uçdu. Təəcübləndik. Bu saatda təyyarələrin uçması qadağandır. Niyə uçurlar ki? “Quzey Kiprdə təlimləri var, hər halda oraya gedirlər” deyə düşündüm. Toydan saat 10-da çıxdıq. Çıxışda bir nəfər dedi ki, əsgərlər çevriliş edirlər. İstanbul Boğaziçi körpüsü tutulub. Yenə inana bilmədik. Dedim, çevriliş edənlər niyə körpünü tutsun? Hər halda terror ola bilər deyə havadan, yerdən köprünün təhlükəsizliyini təmin edirlər.

Yarım saat sonra evdəydik. Yollar bomboşdu. Nə tank, nə top heç bir şey yoxdu. Evim TRT-yə yaxındır. Önündən keçdik. Orada bir neçə əsgər gördük. Evdə televizoru açdıq. Xəbərlərdə doğrudan da hərbi çevriliş olduğu deyilirdi. İnternetə girdik. Xəbərlər o yöndəydi. İnsanlar tankların üstünə çıxmışdılar, əsgərləri döyürdülər. Bəzi yerdə də xalqa atəş açmışdılar. Amma ən dəhşətlisi əsgərlərin üzündəki çaşqınlıq, insanların isə əsgəri düşmən gözündə görmələri idi. Çox ağrıdıcı mənzərədi. Biz evə girdikdən təqribən 1 saat sonra hava hücumları başladı. Həm Gölbaşına, həm Məclisə atılan bombaların səsini eşitdik. Təyyarələr şüşələrimizi sındıracaq qədər alçaqdan uçurdular. Oturub ölümümüzü gözlədik.

– İlk anlarda insanlar necə reaksiya verdilər hadisəyə?

– Hamıda çaşqınlıq var idi. Elə bizdə də. Nə olduğunu anlamağa çalışırdı insanlar. Bu arada TRT-də bəyanat oxundu. Çevrilişlərdə belə bəyanatları onu edən şəxs oxuyar. Amma bu dəfə diktora oxutdular. Bu da onların ciddiyyətsiz və gücsüz olduqlarını ortaya çıxardı. O bəyanatdan sonra xalq qorxmadan küçələrə çıxmağa başladı. Ərdoğan “Time Face” proqramı ilə xalqı küçələrə çağırdı. O, “bu çevriliş deyil, çevrilişə cəhddir” dedi. Bunlar çox önəmli açıqlamalar idi… Xalq 13 gün keçməsinə baxmayaraq, hələ də küçələrdə, dövlətinə sahib çıxdığını göstərməkdədir.

– Ərdoğanın çağırışından sonra siz də 
meydana getdinizmi?– Yox. Küçələrə çıxmadım. Mən əliyalın xalqın silahın qarşısına çağırılmasını o gecə də dəstəkləmədim, indi də dəstəkləmirəm. Çünki xalqa qarşı silah atılsaydı, daha çox tələfat ola bilərdi. Bu silahlı çevrilişin təsirini azaltmaq yenə də silahlarla mümkündü. Necə ki, elə də oldu. Ordu öz içindəki bu silahlı çevrilişi yenə özü yatırtdı. Xalqın elə bir gücü yoxdur. Bu seçki və ya başqa bir demokratik hadisə deyil. Bu silahlı bir hərəkətdir və yalnız silahla tərksilah edilə bilərdi. Ordunun içindəki Atatürk inqilablarına, dövlətçiliyə və demokratiyaya bağlı olan generallar yatızdırdı bu olayı. Əslində ən böyük təşəkkür o generellara düşür. Yoxsa Türkiyə indi çox fərqli vəziyyətdə ola bilərdi. O gecə Ərdoğanı qoruyan da o əsgərlər idi. O generallar, o əsgərlər Türkiyəni FETÖ təşkilatının əlindən qurtardılar.

– Jurnalist müşahidələriniz nə deyir? Niyə baş verdi bu hadisə?

– Bu dövlətimizin, millətimizin müstəqilliyini əlindən ala biləcək CİA-nın (Amerika Birləşmiş Ştatlarının Mərkəzi Kəşfiyyat İdarəsi) dəstəklədiyi bir hadisə idi. Əslində 4-cü sinif məzunu olan, fırıldaq və şarlatan Fətullah Gülən CİA-nın bir layihəsidir. İllərdir Türkiyədə və dünyanın hər yerində “yumşaq İslam” adı altında təşkilatlanırlar. 40 ildir dövlətin içinə sızıblar. Çox ciddi maliyyə mənbələrinə sahibdirlər. Türkiyəyə ilk gələndə “dərshanə” (hazırlıq kursları) deyilən bir məsələ ilə qarşılaşdım. Ən güclü “dərshanə”lər Fətullahçıların idi. Oradan keçən gənclər yüksək balla ali məktəblərə girir, dövlət idarələrində işə düzəlirdilər. Mən “dərshanə”lərin universitetə hazırlıq məqsədli 2-3 aylıq kurs olduğunu düşünmüşdüm. Sən demə bu “dərshanə”lər dövlət məktəblərinə paralel məktəblərmiş. Bu, çox səhv addımdır, dedim, dövlətin məktəbinə paralel məktəb olar? Fətullahçıların ən gücləndiyi dönəm AKP hakimiyyəti illərində oldu. Ərdoğan 17-25 dekabr hadisələrindən sonra “nə istədiniz də vermədik” deyə səsləndi FETÖ-culara. Haqlı idi. FETÖ-çular ən çox onun hakimiyyəti illərində gücləndilər.

– Hadisədən sonra aparılan həbslərin çoxsaylılığı təəccüb doğurur. Ölkə necə bir durumdaymış?

– Hadisədən sonra təbii ki, cavabdehlər məhkəmə qarşısına çıxmalıdırlar. Amma təəssüf ki, qurunun oduna yaşları da yandırmaq istədiklərini görürəm. Məsələn, jurnalistləri, alimləri həbs etmək Türkiyəyə xal qazandırmaz. Əksinə demokratik imicinə zərər vurur. Dünənə qədər o jurnalistlər Ədalət və İnkişaf Partiyasının (AKP) yanında idilər.

– Güləndən müsahibə aldığına görə ANS qapadıldı. Münasibətiniz necədir?

– Hər hansı bir KİV-in qapadılmasının eləyhinəyəm. ANS-i qapatmaqdansa, Fətullaha yaxın olan, o terror təşkilatına pul qazandıran obyektləri, tədris ocaqlarını bağlasalar, onların bank hesablarını qapatsalar, kifayərdir. O ANS bir gün hakimiyyətdəkilərə də lazım olacaq.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın