Ana səhifə / Köşə Yazarları / Ötən günün ən səs-küylü xəbərləri – Xronika

Ötən günün ən səs-küylü xəbərləri – Xronika

 

Amerikalı professor `erməni soyqırımı` iddialarını yalanladı

Amerikalı tarixçi, profesor Castin Makkarti 1915-ci il hadisələrinə dair qondarma `erməni soyqrımı`na aid iddiaları yalanlayıb.

***

Daha bir erməni əsgəri məhv edildi

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində erməni ordusunun bir əsgəri məhv edilib.

***

Şəhidin məzarındakı məktub – `Qəlbimdə əbədi yaşayacaqsan`

Aprelin 4-də Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olan Müşfiq Orucovun naməlum sevgilisi onun məzarı üstünə məktub qoyub.

***

Ermənistan ordusunda növbəti itki

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində erməni ordusunun daha bir əsgəri məhv edilib.

***

İŞİD Vatikanı partlada bilər – Türkiyədən xəbərdarlıq

Türkiyə kəşfiyyatı İŞİD tərəfindən Vatikanda terror hadisəsi törədilməsi ehtimalı barədə xəbərdarlıq edib.

***

`Azərbaycanda qız uşaqlarının qüsurları gizlədilir`

“Bəzən sağlam uşaqları qüsurlu kimi qələmə verən valideynlərə rast gəlinir”. Bunu Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin baş məsləhətçisi Әhliyyət Adıgözəlov deyib.

Azərbaycanlı biznesmen qızı Türkiyəni fəth etdi – VİDEO

Azərbaycanlı azyaşlı qız möhtəşəm ifası ilə Türkiyə səhnəsini fəth edib.

***

Əli Əhmədov müxalifət haqda: `Bu, xəyanətdir…`

“Cəbhə xəttində son hadisələr zamanı bu qədər vətənpərvərlik coşqusunun fonunda təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, müxalifət düşərgəsinin bəzi qanadlarında tamamilə başqa meyillərin özünü göstərməsi bizi məyus edir”. Bunu Yeni Azərbaycan Partiyasının icra katibi, Baş nazirin müavini Əli Əhmədov “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

***

Ermənistanın real itkiləri: 322 ölü, 500-dən çox yaralı

2-5 aprel günlərində hərbi əməliyyatların gedişində Ermənistan ordusu 322 nəfər əsgər və zabit itirib, 500-dən çox yaralı və 50-dən çox itkin var.

***

100 məzun niyə yazıb-oxuya bilmir? – Nazirlikdən münasibət

“Məktəbi bitirən 100 məzunun oxumaq və yazmaq bacarığının olmaması heç də yaxşı fakt deyil”. Bunu Təhsil Nazirliyinin Ümumi təhsil və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov media nümayəndələri üçün keçirilən təlimdə çıxışı zamanı deyib.

***

Erməni əsgərlərə ailələrinə zəng etmək qadağan olundu

Ermənistanın Müdafiə Nazirliyi hərbçilərə öz valideynlərinə və ailə üzvlərinə zəng etməyi qadağan edib.

***

Erməni iki əsgər yoldaşını güllələyərək öldürüb

Ermənistan ordusunun hərbçisi öz əsgər yoldaşlarını qətlə yetirdiyi üçün həbs edilib.

***

Zakir Həsənov şəhid uşağının əlindən öpdü – VİDEO

Müdafiə naziri Zakir Həsənov Azərbaycanın şəhid olmuş pilotlarının vida mərasimində şəhid anasının alnından öpüb.
***

7 ermənini məhv edən zabit: `Yenidən döyüşməyə hazıram`

Azərbaycan ordusunun zabiti Asif Rəsulov ermənilərə qarşı qəhrəmancasına vuruşub. O, Talış yüksəkliyini qoruyarkən aprelin 6-da ağır yaralanıb. Hazırda hospitalların birində müalicə alır.

`Bundan böyük alçaqlıq olmaz` – Parlamentdə gərgin müzakirə

Aprelin 15-də Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirilib.

***

`Rusiya təyyarəsini vura bilərdik` – Con Kerri

“ABŞ hərbçiləri Baltik dənizindəki hərbi gəmilərdən birinə çox yaxın uçan rus təyyarələrini vurmaq hüququna malik olub”. Bu barədə ABŞ dövlət katibi Con Kerri Rusiyanın iki hərbi təyyarəsinin bazar ertəsi ABŞ-a məxsus gəminin bir neçə metrliyindən uçmasına münasibət bildirərkən deyib.

***

12 illik təhsilə keçid necə planlaşdırılır?

“Azərbaycanda tətbiqi nəzərdə tutulan 12 illik təhsil sistemində 10 illik icbarı, 2 illik tam orta təhsilin olması planlaşdırılır. Heç olmasa, 1 il artıq təhsil ili şagirdin yaş səviyyəsinə müsbət təsir edəcək”. Bunu Təhsil Nazirliyinin Ümumi təhsil və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov media nümayəndələri üçün keçirilən təlimdə çıxışı zamanı deyib.

***

`Bank rəhbərləri Milli Məclisə çağırılsın` – Deputatdan təklif

“Azərbaycanın bank sektorunda çox ciddi problem yaranıb. Bu problemlərin həll edilməsi üçün ölkədəki bank rəhbərləri Milli Məclisə çağırılmalıdır”. Bunu deputat Vahid Əhmədov Milli Məclisin plenar iclasında deyib.

***

Аzərbаycаn əhalisinin sayı açıqlandı

Bu ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 17 900 nəfər və ya 0,2% artaraq 2016-cı il mart ayının 1-i vəziyyətinə 9 milyon 723 min 500 nəfərə çatıb.

***

Erməni təxribatları ilə bağlı cinayət işi başlandı – RƏSMİ

Cari ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində törətdikləri müharibə cinayətləri ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 115-ci (müharibə qanunlarını və adətlərini pozma) və 116-cı (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) maddələri ilə cinayət işi başlanıb. Bu barədə Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan məlumat verilib.

İrəvanda etiraz dalğası: Nalbandyan və Xaçaturovun istefası tələb olunur

Ermənistanda “biz ölkəmizin sahibləriyik” təşəbbüs qrupu aprelin 22-də xarici işlər naziri Edvard Nalbandyan və baş qərargah rəisi Yuri Xaçaturovun istefaya göndərilməsi tələbi ilə Serj Sarkisyanın iqamətgahına yürüş təşkil edəcək.

***

`Sosial evlərin kirayə haqqı 100 manat olsun`- Deputat

“ASAN xidmət” layihəsi kimi, sosial evlər layihəsinin də Azərbaycan modeli yaradılmalıdır”. Bu fikirləri parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Əli Məsimli səsləndirib.

***

`Biz Ermənistanla müharibə aparmamışıq` – Oqtay Əsədov

“Biz Ermənistanla müharibə aparmamışıq, müharibə aparsaydıq, bir həftədə xeyli irəliləyərdik”. Bunu Milli Məclisin spikeri Oqtay Əsədov deyib.

***

Yol polisi deputatı cərimələdi

“Bir neçə gün öncə parlamentdə təmsil olunan partiyalardan birinin təşkil etdiyi tədbirə gedirdim, Dövlət Yol Polisi əməkdaşları maşınımı saxlayıb, cərimə yazdılar. Problem ondadır ki, cəriməni yerində ödəməyə imkan vermədilər”. Bunu Milli Məclisin plenar iclasında çıxış edən Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli deyib.

***

Lukaşenkonun qərarı İrəvanı ciddi narahat edir

Belarusun qəbul etdiyi yeni hərbi doktrina Ermənistanda ciddi narahatlıq yaradıb.

***

Erməni təxribatı ilə bağlı Avropa Məhkəməsinə müraciət oluna bilər

Cari ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində törətdikləri müharibə cinayətlərindən zərər çəkən vətəndaşlar hüquqlarının müdafiəsi üçün bir başa Avropa Məhkəməsinə müraciət edə bilərlər. Bu barədə Azərbaycanın Avropa İnsan Hüqüqları Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov bildirib.

***

`Xaricdə təhsil proqramı dayandırılır` – Təhsil naziri

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Moskvaya səfəri çərçivəsində Rusiyada təhsil alan azərbaycanlı gənclərlə görüşüb.

***

Ermənistan yenə Roqozindən əl çəkmir

“Rusiya baş nazirinin müavini Dmitri Raqozinin çıxışı hökumət nümayəndəsinə yaraşmır”. Bu barədə Ermənistan XİN rəhbərinin müavini Savarş Koçaryan “Raqozinin bəyənatını necə şərh edirsiniz?” sualına cavab verərkən bildirib.

***

Məzahir Pənahov yenidən MSK sədri oldu

Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib.

Cəbhədəki vəziyyət Avropa İttifaqında müzakirə olunacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

***

Ermənistan özü-özünü ifşa edir

“Ermənistan müdafiə məsələsində Kollektiv Təhlükəsizik Müqaviləsi Təşkilatı (KTMT) və digər strukturlara yox, yalnız özünə güvənməlidir”. Bunu Ermənistan xarici işlər nazirinin müavini Savarş Koçaryan bildirib.

***

Azərbaycanda 339 ailə övladlığa uşaq götürmək istəyir
Hazırda Azərbaycanın dövlət uşaq müəssisələrində təlim-tərbiyə və təhsil alan uşaqların sayı 10105 nəfərdir.

***

`Qarabağ problemi niyə həll olunmur?`- Ərdoğan həmsədrlərə sual verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ATƏT-in Minsk qrupunun həmsədlərini fəaliyyətsizlikdə ittiham edib.

***

Ermənistan terrorçuları Qarabağa toplayır – Zakir Həsənov

Bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

***

Nazirlik təkzib etdi: `Böhtandır…`

“Vətəndaş Adil Əliosmanovun oğlu Qurban Əliosmanovun səhhətinin pozulmasının istehsalatla əlaqəliliyinin müəyyən edilməməsi ilə bağlı bir sıra KİV-də dərc olunmuş şikayət xarakterli müraciətində yer alan fikirlər böhtan xarakteri daşıyır”.

İdmançımız ermənini məğlub etdi

Türkiyənin Samsun şəhərində davam edən boks üzrə Avropa qitəsi boksçularının lisenziya xarakterli turnirində çıxış edən boksçumuz Cavid Çələbiyev yarımfinalında erməni rəqibi Aram Avaqyanla qarşılaşıb.

***

`Ermənilər meyitlərə hörmətsizlik edib` – Xanlar Vəliyev

Erməni silahlı birləşmələri aprelin 2-dən 5-dək cəbhə bölgəsində törətdiyi təxribat zamanı döyüş meydanında qalmış meyitlərə qarşı zorakılıq və hörmətsizlik ediblər.

***

Azərbaycanda hər ay min ailə dağılır

Azərbaycanda qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb.

***

`Ermənistan vəziyyəti gərginləşdirir` – Məmmədyarov

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberi qəbul edib.

***

Lavrovla Kerri yenə Qarabağı müzakirə etdi

ABŞ dövlət katibi Con Kerri ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

***

Putinin var-dövləti: 8,9 milyon pul, “Niva”, qaraj…

Rusiya prezidenti Vladimir Putin 2015-ci ildə 8,9 milyon rubl (134 min dollar) qazanıb.

***

Bakıdan Ohanyana mesaj: `Cavabımız çox sərt olacaq`

“Ermənistanın müdafiə naziri Seyran Ohanyanın cəbhədəki son hadisələrlə bağlı gecikmiş təhliləbənzər etirafı məğlubiyyətə uğramış “sərkərdə”nin özünü təmizə çıxarmaq istiqamətində növbəti uğursuz addımıdır”.

***

`Vətən uğrunda döyüşməyə hazırıq` – Ermənini məğlub edən boksçumuz

“Qazandığım vacib qələbəyə görə çox sevincliyəm. Erməni boksçu üzərində qazandığım qələbəni şəhidlərimizin əziz xatirəsinə həsr edirəm”. Bunu Türkiyənin Samsun şəhərində keçirilən Avropa Təsnifat Turnirində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına 56 kq-da lisenziya qazanan Cavid Çələbiyev deyib.

***

Londonda ermənilərin təxribatı – Layiqli cavab verildi

Londonda Azərbaycan səfirliyinin qarşısında ermənilər növbəti dəfə təxribat törədərək nümayiş keçirməyə cəhd göstəriblər.

***

`Qarabağ münaqişəsində status-kvo daimi deyil` – Avropa İttifaqı

Dağlıq Qarabağ münaqişəsində status-kvo daimi deyil və münaqişənin siyasi həlli tapılmalıdır. Bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber deyib.

AzVision.az

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın