Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Köşə Yazarları / Öldürülən dekanın alın yazısı ANS-də – Video

Öldürülən dekanın alın yazısı ANS-də – Video

ANS telekanalında yayımlanan “Alın yazısı” verilişinin budəfəki buraxılışı (21.02.2016) həkim səhlənkarlığı üzündən vaxtsız vəfat edən ədəbi tənqidçi Elnarə Tofiqqızının xatirəsinə həsr edilib.

Azinforum.az  xəbər verir ki, tanınmış aparıcı Şəbnəm Xeyrullanın hazırladığı verilişdə mərhumun faciəvi ölümü fonunda elmi-ədəbi və ictimai fəaliyyətinə, dostları, həmkarları, tələbələri ilə münasibətlərinə işıq tutulub.

Verilişdə 2 qız anası olan Elnarə xanımın həyat yoldaşı Anar Niftəliyev, Bakı Slavyan Universitetinin “Yaradıcılıq” Fakültəsində dekan olduğu vaxtda BSU-nun rektoru olan hazırkı Dövlət müşaviri Kamal Abdulla, yazar dostları Pərviz Cəbrayıl, Faiq Balabəyli, Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli, mərhumənin atası Tofiq İmamquliyev, anası Maral İmamquliyev, tələbəsi Əfsanə Əliyeva onun haqqında xatirələrini bölüşüblər…

 

Həmçinin oxuyun

Nədir 40 yaş?- Günel MÖVLUD

Sevirsən, amma daha sevgi əzabı çəkmirsən. Darıxırsan, amma içəndə ona zəng eləmirsən. Kiməsə hirslənirsən, amma …

Bir cavab yazın