Ana səhifə / Köşə Yazarları / Nüfuzlu İsrail jurnalisti: “Lapşin peşəkar təxribatçıdır”

Nüfuzlu İsrail jurnalisti: “Lapşin peşəkar təxribatçıdır”

“Mən bütün günün internetdə keçirən biri kimi deyirəm ki, Lapşin rusdilli mühitdə ola bilsin populyar idi, ancaq son hadisəyə qədər mən onu tanımırdım, haqqında eşitməmişdim. Onun məqsədi məşhurlaşmaq olub və buna da nail oldu”.

Bu sözləri “Sputnik Belarus” radiosuna müsahibəsində İsrailin nüfuzlu jurnalisti və siyasi şərhçisi, İTON TV internet telekanalının jurnalisti Aleksandr Qurarye deyib.

İsrail jurnalisti bildirib ki, Lapşinin bloqunu araşdırıb və onun İsrailə, eləcə də Rusiyaya kifayət qədər çirkab atdığının şahidi olub. “Özü də məqsədyönlü şəkildə çirkab atıb, ölkə haqda, orada yaşayan insanlar haqda heç də yaxşı fikirlər işlətməyib. Niyə? Bu sirr olaarq qalır. Bu adam məşhurlaşmaq üçün peşəkarcasına təxribatla məşğul olub”-İsrail jurnalisti bildirib.

Quraryenin sözlərinə görə, İsraildə Lapşinin həbsindən sonra belə fikirlər yaranıb ki, ona kömək etmək lazımdır. Ancaq daha ayıq adamlar sual verir: nəyə görə? “Lapşin əlindən gələni edib ki, onu həbs etsinlər. O, Azərbaycanı təxribata çəkib, sərhədi qanunsuz keçib və bunu car çəkərək lovğalanıb, yazıb ki, baxın, bunlar necə idiotdur, mən necə asanlıqla onları aldadıram. Azərbaycanın isə təbii ki, bu, xoşuna gəlməyib. Həbs ediləndə ona təklif ediblər ki, üzr istəsin, ancaq bundan imtina edib. Sonra vəkillərinin tövsiyəsi ilə buna razılaşıb, ancaq gec olub”.

Jurnalistin bildirdiyinə görə, İsraildə hesab etmirlər ki, Lapşinə görə “aləmi dağıtmaq” lazımdır. “Birincisi, onu hansısa ağır cəza, 15 il həbs-filan gözləmir. İkincisi biz bu adama görə Azərbaycanla münasibətlərimizdə münaqişə yaratmalı deyilik, mən belə hesab edirəm”-Qurarye bildirib. (Virtualaz.org)

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın