Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Köşə Yazarları / Nazirlik KİV-lərə xəbərdarlıq etdi

Nazirlik KİV-lərə xəbərdarlıq etdi

İyulun 26-da Şirvan “Araz” zavodunda baş vermiş hadisənin araşdırılması məqsədilə yaradılan Dövlət Komissiyası öz işini davam etdirir.

Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumatda bildirilib ki, baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması işlərinə başlanılıb. Hadisə zamanı xəsarət alan iki nəfərin müalicəsi davam etdirilir:

“Bütün bunlara baxmayaraq, bəzi kütləvi informasiya vasitələri həqiqətə uyğun olmayan əsassız və qərəzli məlumatlar yayırlar. Bu da heç bir jurnalist etikasına sığmır.

Bir daha qeyd edirik ki, məsələ ilə bağlı məlumat yayarkən nazirliyin mətbuat katibliyindən verilən məlumatlara istinad edilməlidir. Əks halda nazirlik öz hüquqlarını qorumaq üçün müvafiq qaydada məhkəmə orqanlarına müraciət edəcək”, – nazirlikdən bildirilib.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın