Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Köşə Yazarları / Nazir Zabil Müqabiloğlunun müalicəsini nəzarətə götürdü

Nazir Zabil Müqabiloğlunun müalicəsini nəzarətə götürdü

Qaraciyərində yaramış problemlərlə bağlı səhhəti kəskin şəkildə pisləşən jurnalist Zabil Müqabiloğlunun sağalması ilə bağlı bütün işlərə dövlət tərəfindən tam dəstək göstəriləcək.

Azinforum.az xəbər verir ki, bunu Lent.az-a açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib. Millət vəkilinin sözlərinə görə, jurnalistə qaraciyər köçürülməsi və tam sağalana qədər lazım olan müalicəsinin təminatı üçün səhiyyə naziri Oqtay Şirəliyevin qəbulunda olub:

“Səhiyyə Naziri ilə özüm şəxsən görüşüb, jurnalist həmkarlar adından müraciət etdim və bildirdim ki, bu məsələdə dövlət dəstəyinə ehtiyac var. Nazir Oqtay Şirəliyev də vurğuladı ki, məsələ diqqətdədir və jurnalistin qaraciyər köçürülməsi əməliyyatı, həmçinin, ondan sonrakı müalicəsinə dəstək göstəriləcək”.

Həmçinin oxuyun

Nədir 40 yaş?- Günel MÖVLUD

Sevirsən, amma daha sevgi əzabı çəkmirsən. Darıxırsan, amma içəndə ona zəng eləmirsən. Kiməsə hirslənirsən, amma …

Bir cavab yazın