Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Köşə Yazarları / Naxçıvanda “Dövlət orqanları və media arasında əlaqələrin genişləndirilməsi” mövzusunda konfrans keçirilib

Naxçıvanda “Dövlət orqanları və media arasında əlaqələrin genişləndirilməsi” mövzusunda konfrans keçirilib

Oktyabrın 14-də Naxçıvan şəhərində “Dövlət orqanları və media arasında əlaqələrin genişləndirilməsi” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Naxçıvan Dövlət Texniki Kollecinin akt zalında keçirilən tədbirdə Bakı və Naxçıvan şəhərlərində fəaliyyət göstərən aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, eləcə də muxtar respublikadakı idarə və təşkilatların mətbuat xidmətlərinin əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, konfransda iştirak edən Bakı şəhərində fəaliyyət göstərən aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri oktyabrın 14-15-də Naxçıvan Muxtar Respublikasının gəzməli-görməli yerləri, tarixi abidələri, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri ilə tanış olacaqlar.

Həmçinin oxuyun

RUS DİLİ VƏ RUS BÖLMƏSİNDƏ TƏHSİL: faydalı olanı fəsadsız necə əldə etməli?

Yazmaq istəyirsən, fikirləşəndə ki, auditoriya elə də böyük deyil onda fikrindən daşınırsan. Rus dili ilə …

Bir cavab yazın