Ana səhifə / Köşə Yazarları / Mühacirətdəki jurnalist Tofiq Yaqubluya: “İndi gədə-güdənin qabağından qaçacaqsan?”

Mühacirətdəki jurnalist Tofiq Yaqubluya: “İndi gədə-güdənin qabağından qaçacaqsan?”

Tofiq Yaqublu, sən niyə susursan?
Bu gün bir daha əmin oldum ki, məhz Əli Kərimli başda olmaqla Milli Şura və AXCP müxalifətin bir araya gəlməsinə imkan vermədi. Bu arada isə Tofiq Yaqublu hələ də inadla susur. Soruşmaq ayıb olmasın, sən nə vaxt danışacaqsan? Nə vaxtdır ki, tərəflər arasında danışıqlar aparırdın. İş o yerə çatmışdı ki, Müsavat Partiyası başqanının müavini olsan da, biriləri səni AXCP sədrinin müavini zənn edirdi. Bu gün baş verənlər sənin missiyanın tam iflası deməkdir. Niyə sən xalqa üz tutub demirsən ki, bu, bu, bu insanlar müxalifətin bir araya gəlməsinə imkan vermədi. Bəy, cəsarətli ol! Sən Qarabğda oddan-alovdan keçmisən. İndi gədə-güdənin qabağından qaçacaqsan? Xalq həqiqəti bilməlidir. Bu onun haqqı…
Elbəyi Həsənli, 
İsveçrədə mühacirətdə yaşayan tanınmış yazar

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın