Ana səhifə / Köşə Yazarları / MTRŞ sponsorlu verlişlərin monitorinqinə başlayır…

MTRŞ sponsorlu verlişlərin monitorinqinə başlayır…

MTRŞ yanvarın 9-dan Space, Lider və DünyaTV-də canlı və ya çəkilmiş demo, yaxud reklamlı sponsor və korporativ verilişlərin monitorinqinə başlayacaq.

Etibarlı mənbədən verilən məlumata görə, efir vaxtı səs, görüntü, habelə montaj olunmuş sujetin keyfiyyəti, səs və rəng seçiminin yoxlanılması məqsədilə yuxarıda göstərilmiş kanallarda sınaq və yoxlanış ediləcək.

Verliş vaxtı sujet və ya canlı olan materiallarda xəta baş verərsə ilk üç dəfə kanal rəhbərliyinə xəbərdarlıq ediləcək. Daha sonra cərimə və ya verlişin dayandırılmasına qərar veriləcək. İlk sınaq və yoxlanış Space, Lider və Dünya TV -də, daha sonra ATV, Xəzər, ARB və İctimai kanalda baş tutacaq. Qərarın məqsədi rəqəmsal və Azərspace üzrə keyfiyyətli yayımı qorumaqdır. (Moderator.az)

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın