Bazar , Oktyabr 25 2020
Ana səhifə / Köşə Yazarları / MTRŞ İTV-dən narazıdır…

MTRŞ İTV-dən narazıdır…

“İctimai Televizyanın (İTV) efirində yayımlanan “Evakuator şou” verilişində müəyyən gizli reklam elementləri var. Əvvəlki buraxılışlarda bu, çox qabarıq idi. İndi bir qədər azalıb”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov “Report”a açıqlamasında bildirib.
Onun sözlərinə görə, verilişin qonaqlarının əsasən şou-biznes nümayəndələrindən ibarət olması proqrama müəyyən şou elementləri də qatır deyən şöbə müdiri İTV-yə verilişlərin çəkilməsi üçün maliyyə vəsaiti ayrıldığını və konkret olaraq evakuator xidmətlərindən birinin reklamı üzərində qurulan verişə nə ehtiyac olduğunu bildirib. “Veriliş daha çox kommersiya layihəsi təəssüratı yaratsa da, müəyyən maarifləndirici elementlər də var. Ümumiyyətlə İTV-nin efirində bir neçə kommersiya layihələri var. Məsələn, “Müasir ev”, “Bioloji təbabət” və s. Əslində, bu hallar daha çox özəl kanallara xas xüsusiyyətdir. Belə ki, özəl kanallar bu cür kommersiya fəaliyyətinə meyillənərkən, bu, müəyyən qədər başadüşülən olur. Dövlət büdcəsindən maliyyələşən İTV-nin isə kommersiya layihələrinə meyillənməsi müəyyən narahatlıq yaradır. Yayımçı bu məqamı nəzərə almalıdır. İTV-yə verilişlərin çəkilməsi üçün maliyyə vəsaiti ayrılır. Nə ehtiyac var ki, onlar konkret olaraq evakuator xidmətlərindən birinin reklamı üzərində qurulan veriliş yayımlayır?!”

Şöbə müdiri İTV-nin efirində yayımlanan bir sıra verilişlərin isə ümumiyyətlə ölkə tele-radio məkanında öz maarifçi xarakteri ilə seçildiyini vurğulayıb. Xüsusilə, “Qarabağ həqiqətləri” verilişini qeyd edən T.Dadaşov bildirib ki, bu verilişdə Azərbaycanın ən ağrılı problemi ətrafında ciddi mütəxəssislərlə müzakirələr aparılır, həqiqətlər üzə çıxarılır: “Veriliş son dövrlərin ən uğurlu telelayihələrindən biri kimi dəyərləndirilə bilər. Görünür ki, aparıcı özü də verilişdə qoyulan mövzulara dərindən bələddir.

Həmçinin, “Müzakirə vaxtı”, “Ortaq məxrəc”, “Xəmsə”, “Açıq dərs” və s. kimi maarifləndirici verilişləri də qeyd etmək lazımdır”.

Həmçinin oxuyun

RUS DİLİ VƏ RUS BÖLMƏSİNDƏ TƏHSİL: faydalı olanı fəsadsız necə əldə etməli?

Yazmaq istəyirsən, fikirləşəndə ki, auditoriya elə də böyük deyil onda fikrindən daşınırsan. Rus dili ilə …

Bir cavab yazın