Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Köşə Yazarları / MTRŞ ilə ANS-in məhkəməsinin vaxtı məlum olub

MTRŞ ilə ANS-in məhkəməsinin vaxtı məlum olub

ANS Müstəqil Yayım və Media Şirkəti ilə Milli Televiziya və Radio Şurası (MTRŞ) arasında gedən məhkəmə çəkişməsi davam edir. Modern.az xəbər verir ki, şirkət bu dəfə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadından apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində baxılacaq məhkəmə işinin vaxtı açıqlanıb. Yanvar ayının 8-də keçiriləcək iclasa hakim Sərvət Hüseynov sədrlik edəcək.

Qeyd edək ki, MTRŞ televiziya kanalından “Abşeron” adlı serialın çəkilməsi üçün ayrılan 160 min manat vəsaitin, həmçinin 8 min manatlıq cərimənin dövlət büdcəsinə geri qaytarılmasını tələb edir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində qarşılıqlı iddianın qaytarılması ilə bağlı qərardad çıxarılıb. Daha sonra ANS Müstəqil Yayım və Media Şirkəti apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın