Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Köşə Yazarları / MTRŞ-dan televiziyalarla bağlı açıqlama

MTRŞ-dan televiziyalarla bağlı açıqlama

“İlkin müşahidələr zamanı televiziya və radiolarda bayram günləri ciddi qanun pozuntuları aşkarlanmayıb”.
Mia.az bildirir ki, bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. O bildirib ki, bununla belə, video-audio yazılar əsasında müşahidələr davam etdirilir: “Yayımçılar bayram günlərinə uyğun proqram səbəti hazırlayıblar. Bayram günləri əsasən musiqili-əyləncəli proqramlara üstünlük verilməsi təbiidir. Bundan başqa, milli filmlər, tamaşalar da nümayiş etdirilib. Baxımlı xarici filmlər də az olmayıb”.
Şöbə müdiri qeyd edib ki, ötən il milli-mənəvi dəyərlərlə, reklamla bağlı qanunvericiliyin pozulması halları müşahidə olunub: “Xüsusilə bəzi reklam çarxlarında, bəzi şou verilişlərdə, müzakirə proqramlarında milli dəyərlərə zidd hallarla bağlı narahatlıqlar var idi. Hər bir halda məsələyə Şura tərəfindən operativ reaksiya verilərək problemlər aradan qaldırılıb. 2017-ci ildə teleradio yayımçılarının efirlərinin monitorinqləri daha da intensivləşdiriləcək. Ümumiyyətlə milli-mənəvi dəyərlərlə bağlı həm qanunun tələblərini, həm də cəmiyyətin həssaslığını nəzərə alırıq. İnanırıq ki, bu il yayımçılar ciddi pozuntulara yol verməyəcək. Onu da deyim ki, ötən il əvvəlki illərlə müqayisədə pozuntu hallarında müəyyən azalma tendensiya diqqəti cəlb edir”.

Həmçinin oxuyun

RUS DİLİ VƏ RUS BÖLMƏSİNDƏ TƏHSİL: faydalı olanı fəsadsız necə əldə etməli?

Yazmaq istəyirsən, fikirləşəndə ki, auditoriya elə də böyük deyil onda fikrindən daşınırsan. Rus dili ilə …

Bir cavab yazın