Ana səhifə / Köşə Yazarları / MTRŞ-dən sərt xəbərdarlıq: “ANS odla oynayır”

MTRŞ-dən sərt xəbərdarlıq: “ANS odla oynayır”

Ölkə qanunlarına riayət eləmədiyinə, insanların problemlərini şouya çevirdiyinə görə cəzalanan ANS-ə xaricdən dəstək verilməsi ilə bağlı informasiyalar yayılıb.

Axar.az xəbər verir ki, bu barədə MTRŞ-in Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov Feysbuk hesabında qeyd edib.

O, Rusiya elitasının ANS-ə dəstək verməsini əks etdirən məktuba münasibət bildirib:

“Ölkə qanunlarına riayət eləmədiyinə, insanların problemlərini şouya çevirdiyinə görə cəzalanan ANS-ə xaricdən dəstək verilməsi ilə bağlı informasiyalar yayılıb.

Belə ki, “Anspress.com” saytında kanala Rusiyadan bir qrup incəsənət adamının “dəstək verməsi” ilə bağlı informasiyalar yer alıb. Əlbəttə ki, bunun təşkil olunmuş iş olduğu aydın məsələdir. Amma bu cür işləri görənlər yəqin ki, odla oynadıqlarının fərqindədir. Əvvəla, ona görə ki, bir ölkənin daxili işlərinə xaricdən istənilən səviyyədə müdaxilə yolverilməzdir. Azərbaycanda bu işə qol qoyan bir çoxlarının aqibəti də bəllidir. Digər tərəfdən, xaricdən dəstək verənlərin kimliyi də vacib məsələdir. Həmin altı nəfər rus incəsənət nümayəndələri arasında Anna Şatilovanın,Vladimir Maşkovun, Emmanuil Vitorqanın adları da yer alıb. Əslində, incəsənət adamları sərbəst insanlar olur. Bu aydındır. Amma məlumdur ki, torpaqlarımızın 20%-i Ermənistan tərəfindən işğal olunub. Və Ermənistana isti münasibət sərgiləyən istənilən şəxsə qarşı yerli ictimaiyyətdə təbii olaraq müəyyən qıcıq var. Məhz buna görə də biz azərbaycanlılar bu nöqtədə həssas davranmalıyıq. Hələ-hələ “döyüş alnımıza yazılıb” şüarı ilə efirə çıxan ANS. Sözümün canı ondadır ki, ANS-ə Rusiyadan dəstək verən o altı nəfərdən Anna Şatilovanın Yutubda “Razqovor s armyanskim” erməni kanalında erməniləri, erməni konyakını və s. o ki var tərifləyən videosu yayılıb ki, ona baxan istənilən azərbaycanlıda belə bir insanın Azərbaycanda baş verənlərə xoş niyyətdən yanaşdığına şübhə yaranır. Vladimir Maşkovla bağlı informasiya isə budur ki, erməni saytları onun Spitak zəlzələsi ilə bağlı filmdə baş rollardan birini oynayacağını yazır. Babalı öz boyunlarına. Emmanuil Vitorqan isə Yutubda yer alan videoda Moskva erməni teatrının yubileyi ilə bağlı çıxış edir və əlbəttə ki, erməniləri, erməni teatrı barədə müsbət fikirlər səsləndirir. Düzdür, demək olmaz ki, bu adları çəkilən rus incəsənət xadimləri bizim düşmənimizdir. Amma istər-istəməz Azərbaycan ictimaiyyəti bu cür halları xoş qarşılamır. Buna görə də həmin rus incəsənət xadimlərinin kimisə dəstəkləməsi üzərində qurulan şounun tərs üzününün ola biləcəyini də nəzərə almaq lazımdır. P.S. Deyirəm erməniləri tərifləyən, indi isə ANS-i dəstəkləyən o rus incəsənət adamları bəlkə ANS ÇM-də erməni mahnıları səsləndirilməsini eşidib cuşa gəliblər?”

Qeyd edək ki, ötən gün Rusiya elitasının nümayəndələri Anna Şatilova, Fyodor Bondarçuk, Timur Vaynşteyn, Vladimir Maşkov, Emmanuil Vitorqan və Pavel Lungin MTRŞ-in ANS TV-ə qarşı qəbul etdiyi qərarlara açıq məktubla etiraz ediblər.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın