Ana səhifə / Köşə Yazarları / Modern.az portalı 7 İLİ geridə qoydu

Modern.az portalı 7 İLİ geridə qoydu

Bu gün Modern.az xəbər agentliyinin fəaliyyətə başlamasının 7 ili tamam olur.
Modern.az portalı 2009-cu il sentyabrın 1-də yaradılıb. Azərbaycanın hazırki onlayn media məkanında sayılıb-seçilən informasiya agentliklərindən biridir.
Fərqli təqdimatları, özünəməxsus layihələri, müsahibə və araşdırmaları ilə populyarlıq qazanmış portal həm də gündəlik və operativ xəbər istehsalı ilə məşğuldur.
Modern.az-ın Azərbaycanda və dünyada baş verən hadisələrə qərəzsiz, obyektiv yanaşması, bitərəf mövqeyi oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanır.
Modern.az yeni nəfəsli bir media quruluşu olaraq ötən 7 il müddətində təkcə Azərbaycanda deyil, ölkə xaricində yaşayan soydaşlarımız tərəfindən də izlənilən xəbər istehsalçısına çevrilib.
Hər gün on minlərlə oxucunun ziyarət etdiyi Modern.az xəbər agentliyinin təsisçisi və baş direktoru Elşad Eyvazlı, baş redaktoru Əfqan Qafarlıdır.
Modern.az agentliyi həm də jurnalistikaya ilk dəfə başlayanlar üçün bir məktəb olub. Peşəkar jurnalistikaya Modern.az-dan başlayan bir çox jurnalistlər hazırda müxtəlif KİV-lərdə uğurla fəaliyyət göstərirlər.
Modern.az portalının rəhbəri Elşad Eyvazlı bildirib ki, fəaliyyətdə olduqları 7 il müddətində inanılan və etibarlı KİV olmağa çalışıblar. Eyni zamanda oxucu zövqünü korlayacaq ucuz və bayağı yazılar, yanlış məlumatlar, sifarişli materiallar dərc etməyiblər.
“Məhz bunun nəticəsi olaraq Modern.az bu gün on minlərlə oxucunun inanıb, etibar etdiyi media quruluşları sırasında yer tutur”.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın