Bazar ertəsi , May 27 2019
Ana səhifə / Köşə Yazarları / Milli Mətbuatın 140 illiyi ilə əlaqədar jurnalistlərlə görüş keçirilib

Milli Mətbuatın 140 illiyi ilə əlaqədar jurnalistlərlə görüş keçirilib

Səbail rayon İcra hakimiyyətində jurnalistlərlə görüş keçirilib. Milli Mətbuatın 140 illiyi ilə əlaqədar keçiriliən tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu, Azərbaycan Mətbuatı Şurası və 75-dən çox TV, qəzet və elektron informasiya vasitələrinin nümayəndələrinin iştirak edib.
Tədbiri giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qonaqları salamlayaraq bildirib ki, bu il artıq 140 illiyini qeyd edən Azərbaycan Milli Mətbuatı böyük və şərəfli yol keçərək bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olub:
“Mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirib.
Ölkədə medianın inkişafı üçün kifayət qədər şərait yaradılıb. Bundan irəli gələrək 2013-cü il iyunun 22-də məhz Milli Mətbuat günündə jurnalistlər üçün tikilən yeni 17 mərtəbəli, 156 mənzilli binada mənzillərin paylanması mərasimi keçirilib. Jurnalistlər üçün daha bir binanın tikintisi hazırda başa çatmaq üzrədir”.
İcra başçısı KİV-lərlə Səbail rayon İcra Hakimiyyəti arasındakı sıx əlaqələrdən də danışıb:
“Son 3 il ərzində 2 dəfə KİVDF ilə birgə “Səbail rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda fərdi jurnalist yazıları müsabiqələri, hər il Milli Mətbuat günü ərəfəsində müxtəlif mövzularla konfrans, tədbir və görüşlər keçirilib, müsabiqələr vaxtı, həmçinin il ərzində müxtəlif KİV-lərdə royunla bağlı geniş və oxunaqlı materiallar çap olunub”.
Daha sonra çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli Milli Mətbuatın 140 illiyi ilə əlaqədar ölkədə keçirilən tədbirlər, rəhbərlik etdiyi qurumun fəaliyyət göstərdiyi müddət ərzində görülən işlər və qarşıda duran vəzifələr, fondun keçirdiyi müsabiqələr və onun yekunu barədə danışıb. V.Səfərli jurnalistlər üçün inşa edilən yeni yaşayış binasında işlərin gedişi və istifadəyə veriləcəyi vaxt barədə məlumat verib.
Səbail rayon İcra Hakimiyyəti İnformasiya təminatı və təhlil sektorunun müdiri İsrafil Kərimov son bir il ərzində RİH tərəfindən mətbuatla bağlı görülən işlərlə əlaqədar analitik hesabatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin sonunda jurnalistləri maraqlandıran suallar cavablandırılıb və Milli Mətbuat günü münasibətilə 75-dən çox KİV nümayəndəsinə Səbail rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub.



Həmçinin oxuyun

Ateizmin təhsilə verdiyi fayda haqqında Finlandiya əfsanəsi

Bakıda Finlandiya deyəndə “yeyib-içən oğlanlar”ın ağlına birinci “Finlandiya” arağı gəlir. “Çox gəzən çox bilər” atalar sözünə …

Bir cavab yazın