Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Köşə Yazarları / Mehman Əliyev: «Kütləvi informasiya vasitələri acınacaqlı durumdadır»

Mehman Əliyev: «Kütləvi informasiya vasitələri acınacaqlı durumdadır»

2014-cü ildə dövlət və özəl qurumların, hətta bələdiyyələrin reklam fəaliyyətindən gəlirləriÿ 67,3 mln. manat təşkil edib ki, bu da ötən ildə olduğundan 17,9% çoxdur. “Reklam haqqında” qanunun tələblərinə uyğun olaraq Dövlət Statistika Komitəsi bu il ilk dəfə olaraq reklam materiallarının yayımının ayrı-ayrı növləri üzrə məlumatları açıqlayıb.

Birinci yeri televiziya tutub. Dövlət Statistika Komitəsindən Turan-ın sorğusuna cavab olaraq bildirilib ki, bayır reklamlarının yayımından il ərzində gəlirlər 3 mln. 663,9 min manat təşkil edib. Vəsait Nəqliyyat Nazirliyi yanında “Azəryolservis” ASC, Bakı Şəhər Icra Hakimiyyətinə, IH yerli və özünüidarəetmə orqanlarına daxil olub.

Reklam yayımından KIV-in gəlirləri 25,1 mln. manat təşkil edib ki, bunun da 22 mln. 665,9 min manatı TV-nin, o cümlədən dörd dövlət kanalının (AzTV, Ictimai, Mədəniyyət, Idman) payına düşüb. Radioyayım şirkətləri 1 mln. 376 min manat, qəzet və jurnallar 244 min manat qazanıblar. Beləliklə, çap mətbuatın payına 0,36% düşüb. Ən inkişaf etmiş sektor internet sayılır. Hələlik burada müvafiq vergi nəzarəti yoxdur. 2014-cü ildə Azərbaycan saytları reklamdan 775,2 min manat qazandıqlarını bəyan ediblər.

2014-cü ildə reklam xidmətlərinin yerinə yetirilməsi üçün 3242 müqavilə bağlanıb. Fəallıq 38,6% artıb. Həmin müqavilələr üzrə işlərin (64,2 mln.manat) ümumi dəyəri 3,2% azalıb.
Göründüyü kimi, ötən il ərzində qəzet və jurnalların reklamdan gələn gəlirləri cəmisi 244 min manat təşkil edib. Görəsən, yazılı KIV-in reklam bazarı niyə belə kasaddır? Qəzet və jurnalların reklamdan əldə etdikləri gəlirin azlığının səbəbi nədir?

Turan Informasiya Agentliyinin rəhbəri Mehman Əliyev söyləyir ki, keçən il internetlə qəzetlərin gəlirləri birlikdə təxminən 1 milyon manat təşkil edib. Lakin iki il öncə E.Baimov internetlə bağlı monitorinqlərin nəticəsi kimi söyləmişdi ki, reklam bazarının həcmi çox balaca, təxminən 6 milyon manat məbləğindədir. Mehman bəy isə bu bazarın hardasa 8-9 milyon civarında olduğunu bildirir:

“Bu o deməkdir ki, burda ciddi şəkildə yayınma var. Onların hamısı hökumətyönlü qəzetlərdir. Çünki reklam nəzarət altındadır və o yalnız hökumətə sadiq olan KIV-ə verilir. Bütövlükdə götürəndə, həmin 1 milyonun özü də çox kiçik rəqəmdir. Dünyanın normal ölkələrində bu qədər az həcmdə reklam gəliri yoxdur. Azərbaycanda kütləvi informasiya vasitələrinin maliyyə-iqtisadi dayaqları hökumətə bağlıdır. Ümumiyyətlə, mətbuatın gəlirləri çox deyil və bu, ikinci və üçüncü eşalonda olan şəxslərin bir aylıq maaşıdır. Ona görə də bu vəziyyət ölkədə kütləvi informasiya vasitələrinin acınacaqlı durumunu göstərir”(Azadliq.info).

Həmçinin oxuyun

Hakimiyyətə xəyanət edənləri mən tanıyıram… – Seymur Verdizadə

“Söyüş müxalifəti”nin fəaliyyətini təqdir etmirəm. Bu adamların Azərbaycan xalqına heç bir faydası yoxdur. Cəmiyyət bunu …

Bir cavab yazın