Cümə , Aprel 19 2024
Ana səhifə / Köşə Yazarları / “Mahmud baba” təqdim olundu: “Nə qədər sosiska, kolbasa yemək olar?”

“Mahmud baba” təqdim olundu: “Nə qədər sosiska, kolbasa yemək olar?”

Ötən gün “Nizami” kino mərkəzində “Mahmud baba” komediya filminin qala gecəsi keçirilib. 
 
Musavat.com xəbər verir ki, təqdimat mərasiminə şou və kino dünyasının tanınmış simaları qatılıb. Rejissoru Samir Kərimoğlu, baş rol ifaçısı Fəqan Məmmədov olan filmin nümayişindən əvvəl ekran işinin çəkiliş heyəti səhnəyə çıxaraq yeni işlərindən danışıb.
S. Kərimoğlu bildirib ki, çəkilişlər 8 ay davam edib: “Düşünürəm ki, film yaxşı alınıb. Çəkilişlər 8 ay davam etdi.  Fəqan Məmmədov  ilk dəfə filmdə özünü aktyor kimi sınadı. İki obraz canlandırdı, çox çətin idi onun üçün. İnşallah, tamaşaçılar da filmi bəyənər”.
F. Məmmədov isə qeyd edib ki, 40 dərəcə istidə maskada  gəzmək asan olmayıb:
“Hər şey yaxşıdır. İki rol canlandırdım. Mahmud baba mənim doğma babam olub.  Bəzi aktyorlar babamın səsini parodiya edib, amma bəyənməmişəm.  İstədim ki, əsl Mahmud babanın necə olduğunu göstərim. Filmin çəkilişləri zamanı bir çox şirkətlər bizə sponsorluq etmək istədi. Amma filmə çəkiləndə nə qədər sosiska, kolbasa yemək olar? Ona görə razılaşmadıq. İstədik ki, camaat rahat filmə baxsın”.





Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın