Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Köşə Yazarları / Mətbuat xidmətlərindən ev üçün müraciət edənlər

Mətbuat xidmətlərindən ev üçün müraciət edənlər

İbrahim Kərbalayev: “Özümün mənzilim var, ancaq qoyulan şərtlərə uyğun gələn hər bir şəxs müraciət edə bilər, burada pis nəsə yoxdur”

Azərbaycan jurnalistləri üçün Bakı şəhərinin Səbayel rayonu ərazisində, Yeni Salyan yolunda tikilən ikinci binanın iyulun 22-də açılışı gözlənilir. Ev üçün müraciət edən jurnalistlərə müvafiq sənədlərini yaradılmış komissiyaya təqdim etmələri üçün nəzərdə tutulan vaxt isə bu gün bitir. Öz növbəsində komissiya toplanmış sənədləri iyunun 30-dək Prezident Administrasiyasına təqdim etməlidir.

Məlumatlara görə, artıq ev üçün müraciət edən jurnalistlərin sayı 900 nəfəri keçib. Müraciət üçün təyin olunan zaman kəsiyi daraldıqca, müxtəlif qalmaqallar da ortaya çıxmaqdadır. Xüsusilə də müxtəlif yaradıcı təşkilatların, dövlət qurumlarının ictimaiyyətlə əlaqələr şöbələrində çalışan və dövlət qulluqçusu statusu olan şəxslərin ev üçün müraciət etməsi ictimaiyyətdə, eləcə də jurnalist cameəsində qıcıqla qarşılanıb.
Onu da qeyd edək ki, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli açıqlamasında bildirmişdi ki, dövlət orqanlarının mətbuat xidmətlərinin əməkdaşları barədə onların çalışdıqları qurumun rəhbərliyi tərəfindən komissiyaya təqdimat verilə bilər: “Amma mütləq həmin mətbuat xidmətinin əməkdaşının KİV-lərdə ən azı fasiləsiz 10 il fəaliyyəti, eləcə də ən son çalışdığı redaksiyada azı fasiləsiz 3 il stajı olmalıdır. Qayda və şərtlərdə necə göstərilibsə, biz sənəd qəbulu zamanı müraciətlərin bu tələblərə cavab verib-verməməsinə diqqət edəcəyik. Əgər müraciət edən jurnalistin sənədləri göstərilən tələblərə uyğun deyilsə, onu Prezident Administrasiyasına göndərməyin heç bir mənası yoxdur. Ona görə də jurnalistlər, dövlət orqanlarının mətbuat xidmətlərinin əməkdaşları bu tələbi nəzərə alaraq komissiyaya sənəd təqdim etsinlər”, – deyə o bildirmişdi.

Image result for Vaqif Əsədov

Jurnalistlərin binasından ev almaq istəyənlərin sırasında Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Vaqif Əsədovun da adının olması ilə bağlı məlumatlar yayılıb. Gununsesi.info saytı yazdı ki, Əsədov jurnalistlərin binasından ev almaq üçün müraciət etməsi ilə bağlı məlumatları inkar etməyib. Sayta açıqlamasında V. Əsədov bildirib: “Əvvəla, mənim evim yoxdur. Ailə üzvlərim isə çoxdur. Siz heç bilirsiniz, mənim nə qədər ailə üzvüm var? Kimin nə yazdığından asılı olmayaraq, Allah alnımıza nə yazıbsa, o da olacaq. Sosial şəbəkələrdə haqqımda yazılanlar ürəkbulandırmadan, paxıllıqdan başqa bir şey deyil. Mənzil almaq üçün müraciət etmişəm, ya etməmişəm, ondan kimə nə?”

Lakin azvision.az saytına növbəti açıqlamasında Vaqif Əsədov haqqında yazılanları birmənalı şəkildə inkar edib. O bildirib ki, bu məlumatlar cəfəngiyyatdır: “Bu məlumatlar cəfəngiyyatdır və heç bir əsası yoxdur. Kimlərsə məqsədli şəkildə belə yalan məlumatlar yaymaqla qalmaqal yaratmaq istəyirlər. Bununla da mənim fəaliyyətimə kölgə salmağa çalışırlar. Yenə də bildirirəm ki, jurnalistlərin binasından ev almaq üçün müraciət etməmişəm. Bu barədə düşünməmişəm”.

Bəs daha hansı qurumun mətbuat xidmətinin rəhbəri jurnalistlərin binasından ev almaq üçün müraciət edib?

Bu sualla bir çox mətbuat xidmətinin nümayəndələrinə müraciət etdik. Onlar arasında sualdan yayınanları da, cavab verənləri də az olmadı. Belə ki, “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev “Yeni Müsavat”a bildirdi ki, o, ev almaq üçün müraciət etməyib: “Mənim özümün mənzilim var. Buna görə də jurnalistlərin binasından ev almaq üçün müraciət etməmişəm. Ancaq təbii ki, qoyulan şərtlərə uyğun gələn hər bir şəxs ev üçün müraciət edə bilər. Burada pis nəsə yoxdur”.

Image result for “ASAN Xidmət”in İnformasiya Təminatı şöbəsinin müdiri Anar Hüseynov

Əldə etdiyimiz məlumata görə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən bir nəfərin ev alması üçün müraciət edilib. “ASAN Xidmət”in İnformasiya Təminatı şöbəsinin müdiri Anar Hüseynov bildirib ki, o da ev üçün müraciət etməyənlər sırasındadır. A. Hüseynov qeyd edib ki, buna səbəb mənzilinin olmasıdır.

Image result for Mais Ağayev

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, ipoteka krediti ilə götürdüyü ikiotaqlı mənzili var: “Jurnalistlərin binasından ev almaq üçün isə müraciət etməmişəm”.

Image result for Nadir Əzməmmədov

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nadir Əzməmmədov isə dedi ki, onun jurnalistlərin binası ilə heç bir işi yoxdur: “Xeyr, binadan ev almaq üçün heç bir müraciət etməmişəm, etmək fikrim də yoxdur”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova da həmkarları ilə eyni fikri söylədi. O bildirdi ki, jurnalistlərin binasından ev almaq üçün hələ ki müraciət etməyib.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli isə sualımıza cavab vermədi.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın