Şənbə , Aprel 20 2024
Ana səhifə / Köşə Yazarları / Mətbuat Şurasnda iclas – Bir neçə sayta xəbərdarlıq olundu

Mətbuat Şurasnda iclas – Bir neçə sayta xəbərdarlıq olundu

Bu gün Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib.

Şuradan  verilən məlumata görə, gündəliyə 7 məsələ çıxarılıb.

İlk olaraq “Hürriyyət” qəzetinin müraciətinə baxılıb. Şikayətdə göstərilib ki, qəzetin əmtəə nişanı rəsmi dövlət qeydiyyatına alınmasına baxmayaraq, ölkədə“hurriyet.az” və “hurriyyet.info” adları altında saytlar fəaliyyət göstərməkdədir. Komissiya cavabdeh tərəfi də dinləyərək belə rəyə gəlib ki, ümumiyyətlə, tanınmış KİV-lərin adlarının təkrarı olan onlayn media vasitələrinin təsisi haqlı narazılığa səbəb olur. Buna görə də hər iki sayta adlarını dəyişdirmək tövsiyə edilib.

İclasda 3 sayta xəbərdarlıq olunması barədə rəy çıxarılıb. Bunlar “azerinfo.org”, “siam.az” və “24 saat.org”dur. Komissiya bu zaman hər 3 saytın Nərimanov Rayon İcra Hakimiyyəti barədə təqdim etdiyi materiallarda etik prinsiplərin bir sıra tələblərinin pozulduğunu, qarşı tərəfin fikirlərinə yer verilmədiyini əsas götürüb.

İclasda vurğulanıb ki, son vaxtlar bank-kredit sektoruna aid bir sıra qurumlar barədə saytlarda total şəkildə məlumatlar yayımlanmaqdadır. Həmin materiallarda etik prinsiplərin tələblərinin gözlənilməməsi narazılıq yaradır. Azərbaycan Banklar Assosiasiyasının 19, “Yapı Kredi Bank”ın 20 sayt barədə şikayəti buna misal göstərilib. Komissiya hər iki quruma məsələnin hüquqi müstəvidə həllini tövsiyə edib. Həmçinin assosiasiyaya sahədən yazan jurnalistlərin peşəkarlığının artırılması məqsədi ilə təlimlər keçirməsi tövsiyə olunub.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın