Cümə , Aprel 19 2024
Ana səhifə / Köşə Yazarları / Mətbuat Şurasının sədri Zabil Müqabiloğlunu xəstəxanada ziyarət edib

Mətbuat Şurasının sədri Zabil Müqabiloğlunu xəstəxanada ziyarət edib

Bu gün səhər saatlarında Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov jurnalist Zabil Müqabiloğlunu 1 saylı Şəhər Kliniki Xəstəxanasında ziyarət edib

Bu barədə PİA.AZ saytına Zabil Müqabiloğlu özü məlumat verib. 
Mətbuat Şurasının sədri Əflatun Amaşov İranda səfərdə olmasına baxmayaraq, Zabil Müqabiloğlunun səhhəti ilə mütamadi olaraq maraqlandığını və Səhiyyə Nazirliyi ilə davamlı əlaqədə olduğunu bildirib. İrandan qayıtdıqdan sonra isə Əflatun Amaşovun ilk işi tanınmış jurnalisti xəstəxanada ziyarət etmək olub. Xəstəyə can sağlığı diləklərin çatdıran Mətbuat Şurasının sədri qeyd edib ki, Zabil Müqabiloğlunun müalicəsi və əməliyyatı ilə bağlı müvafiq dövlət qurumlarına rəsmi olaraq müraciət edib. Əflatın Amaşov jurnalistin müalicəsinin dövlət yardımı ilə aparılacağına da ümid etdiyini dilə gətirib.
Xatırladaq ki, jurnalist Zabil Müqabiloğlunun səhhəti kəskin pisləşib. Beş gün öncə mədə-bağırsaq qanaxması diaqnozu ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən həmkarımızın durumu ağır olaraq qalır. Həkimlərin müdaxiləsindən sonra mədə-bağırsaq nahiyəsində qeydə alınan daxili qanaxma dayandırılıb. Məlum olub ki, qanaxma qaraciyərin serrozu portal – hipertensiya, qida borusu venasının varikoz genişlənməsindən  yaranıb. Zabil Müqabiloğlunun qaraciyər transplantasiyasına ehtiyacı var.
Qeyd edək ki, Zabil Müqabiloğlu uzun illər “Yeni Müsavat” qəzetində redaktor vəzifəsində çalışıb. Son illər isə “Gunxeber.com” saytına rəhbərlik edib.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın