Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Köşə Yazarları / Mətbuat Şurasının sədri qocaman fotojurnalisti ziyarət etdi – FOTOLAR

Mətbuat Şurasının sədri qocaman fotojurnalisti ziyarət etdi – FOTOLAR

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun başçılığı ilə Ahıl Jurnalistlər Məclisinin nümayəndələri qocaman fotojurnalist, uzun müddət cəbhə müxbiri kimi fəaliyyət göstərmiş, Qarabağın azad olunması uğrunda gedən ağır döyüşlərin foto salnaməsini yaratmış Əli Qafarovu evində ziyarət etdilər.

Görüş zamanı Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimov, tanınmış jurnalistlər Məzahir Süleymanzadə, Tahir Aydınoğlu, İbrahim Rüstəmli, Rafiq Salmanov ömrünün əlli ilini fotojurnalistikamızın inkişafına həsr etmiş Əli Qafarovun keçdiyi həyat yolundan danışdılar.

Əflatun Amaşov qocaman fotomüxbirə Azərbaycan Mətbuat Şurasının xüsusi diplomunu təqdim etdi. Əli Qafarova Ahıl Jurnalistlər Məclisinin hədiyyəsi – torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şücaət göstərən əsgərlərimizin düşmənə atdığı güllələrin gilizlərindən hazırlanmış tank modeli də verildi.
Millət vəkili Əflatun Amaşov son günlər ordumuzun qazandığı uğurlardan, xalqımızda yaranmış ruh yüksəkliyindən, hədsiz inam hissindən danışdı. Sohbət iştirakçıları bu inamın yaranmasında jurnalistlərimizin xüsusi rolunu qeyd etdilər, mətbuat işçilərinin peşəkarlığının artmasını göstərən misallar gətirdilər.
Əli Qafarov cəbhə xatirələrini danışdı, nəşr olunmuş fotoalbomlarından söhbət açdı. Qocaman jurnalist Mətbuat Şurası nümayəndələrinin ona baş çəkməsini, yaradıcılığı, məişət problemləri ilə maraqlanmasını ümumilikdə ölkəmizdə jurnalistlərə göstərilən qayğının ifadəsi kimi qiymətləndirdi.



Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın